Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

«E. Hüseynovun qatili barədə yeni məlumat var»


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” «Elmar Hüseynovun qatili barədə yeni məlumat var» məqaləsində «Azadlıq» qəzeti yazır ki, o, Tbilisidə «Vera» adlanan kürd məhəlləsində yaşayır. Qəzet yazır ki, Azərbaycanda da Xubanov familyalı məmurlar var.



«Partiyalar arasında dialoq baş tutdu» məqaləsində «Üç nöqtə» yazır ki, növbəti görüş AXCP-nin qərargahında keçiriləcək.



«Rəsul Quliyevin Avropa ölkələrinə səfəri başa çatdı». «Bakı Xəbər» yazır ki, ADP lideri rəsmi görüşlərinə Norveçdə yekun vurdu.



«Varşavadan nə gözlənilir?» başlıqlı məqaləsində «Xalq Cəbhəsi» qəzeti yazır ki, Qərb regionda növbəti müharibənin qarşısını almaq üçün Ermənistandan beş rayonu qaytarmağı tələb edir.



«Azərbaycan» qəzetində dərc olunan «Heydər Əliyevin dövlətçilik irsi Azərbaycanın proqressiv inkişaf modelidir» başlıqlı məqalədə Heydər Əliyevin hakimiyyəti dövründə görülən müsbət işlərdən bəhs olunur.



«Zerkalo» qəzeti yazır ki, bu gün Ermənistan parlamenti Azərbaycanda ermənilərin döyülüb təhqir olunduğuna dair sənədi müzakirəyə çıxarır.



«Hakimiyyət spikeri güdaza verməyə hazırlaşır». «Yeni Müsavat» qəzeti yazır ki, Elmar Hüseynovun qətlində müqəssir bilinən Tahir Xubanov MM-in spikeri Murtuz Ələsgərovun qohumudur.



«Ayna» qəzeti yazır ki, Müdafiə Nazirliyinə aid Beyləqan korpusunda kütləvi yoxlamalar başlanıb. 71 əsgər ölü "can kimi" qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG