Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:27

Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynova istintaq onu aldatdığını deyir


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun məlumatına görə, Elmar Hüseynovun qətlinin istintaqında irəliləyiş var. Birgə məlumatda göstərilir ki, Elmar Hüseynovun qətlindən əvvəl onu bir neçə dəfə evindən soruşmuş Vüsal adlı şəxsin kimliyi müəyyənləşib. Qətlin törədilməsində şübhəli bilinən həmin adam Tahir Xubanovdur. Yenə həmin məlumata görə, hadisədən dərhal sonra o Azərbaycanı tərk edib, hazırda axtarışdadır. Hüquq-mühafizə orqanlarının birgə məlumatında göstərilir ki, istintaqın gedişində Tahir Xubanovun fotoşəkli tanınma üçün Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynovaya təqdim edilib və Ruşaniyyə Hüseynova Vüsal adlandırılan şəxsin Tahir Xubanov oldğunu təsdiq edib.



Ruşaniyyə Hüseynova isə deyir ki, hüquq-mühafizə orqanları özünün xəbəri olmadan adından məlumat yayıb. Onun sözlərinə görə, özünü Vüsal kimi təqdim etmiş şəxsin məhz Tahir Xubanov olduğunu təsdiqləməyib.

«Bilirsiz, çox qəribə vəziyyət alınıb. Mən dünən səhər Milli Təhlükəsizlik Nazirliyində oldum, mənə bir neçə şəkil göstərdilər ki, hansını tanıyırsız. Həmin adamın şəklini göstərdim və dedim ki, bu bizə gəlib özünü Vüsal adlandıran adama oxşayır. Soruşdular ki, əminliyiniz neçə faizdir. Dedim ki bu şəkildir, mənə həmin adamı tanımağım üçün onu görməyim lazımdır. Hətta şəkildəkinin həmin adama 50 faiz oxşaması haqqında protokol yazıldı və mən imzaladım. Dedim ki, 50 faiz oxşayır, 100 faiz yox. Görsəm tanıyaram. Bundan sonra cümə axşamı gününə məni tanınmaya çağırdılar. Axşam isə həmin adamı tanıdığımı təsdiq etdiyim haqqında məlumat verdilər. Belə çıxır ki, məni aldatdılar. Əhalini sakitləşdirmək üçün belə informasiya yaydılar. Yəni desinlər ki, biz işləyirik, kimisə axtarırıq və s».



Ruşaniyyə Hüseynova deyir ki, rəsmi məlumatda həmin adamın axtarışda olduğunu deyirlər, buna görə həyatı üçün narahat olmağa başlayıb.

Ruşaniyyə Hüseynova telekanalarda Xubanovun fotorobotu kimi göstərilən fotorobotun da reallığa uyğun olmadığını deyir. Onun sözlərinə görə, bu, birinci dəfə hazırlanmış fotorobot idi. Sonradan məlum olmuşdu ki, həmin fotorobot reallığı əks etdirmir.

Elmar Hüseynov Fondunun həmtəsisçilərindən biri olan Şahbaz Xuduoğlu isə deyir ki, ziddiyyətli vəziyyətdən narahat olmağa başlayıblar. «Bir tərəfdən Ruşaniyyə Hüseynovaya deyirlər ki, cümə axşamı sizi tanınmaya çağırırıq, sonra isə Xubanovun axtarışda olduğunu bildirirlər».

Elmar Hüseynovun qətlinin istintaqı ilə məşğul olan İctimai Tədqiqat Qrupu da hüquq-mühafizə orqanlarının məlumatına etiraz edən bəyanatla çıxış edib. Qrupun rəhbəri Əlbövsət Əliyev deüir ki, istintaq şübhəli şəxsin axtarışda olduğunu bildirbsə, onda Ruşaniyyə Hüseynovanı ancaq şəkillərin tanınmasına çağıra bilər.

Qətlin istintaqını həyata keçirən Milli Təhlükəsizlik Nazrliyinin mətbuat xidmətindən isə əlavə məlumat verə bilməyəcəklərini dedilər.
XS
SM
MD
LG