Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:29

Rəşid Hacılı: Cəlal Əliyevin parlamentdəki çıxışı jurnalistlərlə haqq-hesab çəkmək istəyənlərin fəallaşmasına gətirib çıxara bilər


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” Millət vəkili Cəlal Əliyevin parlamentin mayın 3-də keçirilən iclasında ANS Şirkətlər Qrupu və onun rəhbərlərindən biri olan Mirşahin Ağayev haqqında işləttiyi təhqiramiz ifadələrə cəmiyətdə reaksiyanın ilk baxışda birmənalı olacağı düşünülsə də hüquq müdafiəiləri və media mənsubları arasında fərqli fikir söyləyənlər də oldu.

Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus təhqirlərə haqq qazandırmasa da ANS – in döyülən və təhqir edilən başqa jurnalistlərə münasibətini də bəyənmir. Onun sözlərinə görə başqa jurnalistlər döyülüb təhqir edilərkən ANS susurdu. İndii isə onlara həmrəylik lazımdır.

Leyla Yunus deyir ki, hamı daim həqiqəti, qanunu və əzilən vətəndaşları müdafiə etmək barədə düşünməlidir. Çünki, heçkim deyə bilməz ki sabah onun özünə qarşı haqsızlıq eləməyəcəklər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə yada salır ki, deputat Cəlal Əliyev vaxtaşırı olaraq jurnralistlərə və ayrı-ayrı KİV-ə qarşı belə çıxışlar edir. Ancaq onun budəfəki çıxışı kəskinliyinə və təhqir elementlərinin sayına görə əvvəlkiləri xeyli arxada qoyub: «Cəlal Əliyev deyir ki, o, ANS-i məhkəməyə verib. Belə olan halda niyə məhkəmənin nəticəsini gözləmədən belə çıxış edir. Məni narahat edən məsələ bu çıxışın məhz Milli Məclisdə edilməsidir».

Mətbuat şurasının sədri deyir ki, qanunvericilik həqiqətən də dəyişdirilməlidir. Ancaq bu sənədə Cəlal Əliyevin dediyi dəyişikliklər yox, liberal demokratik dəyərlərə əsaslanan dəyişikliklər edilməlidir.

Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə düşünür ki, hazırda mövcud olan KİV haqqında qanunda yazılı mətbuata dünyanın heç bir yerində olmayan qədər çox geniş imkanlar verilib. Amma onlara qarşı hər hansı məhsuliyyət tədbiri görmək mexanizmi yoxdur. Ona görə də belə hallar baş verir. Nuşirəvan Məhərrəmli millət vəkilinin Milli Məclisin tribunasından söylədiklərini isə ümumən şəxsi münasibətlər zəminində baş verən hadisə adlandırır və deyir ki, bu ANS-lə yox, Mirşahin Ağayevlə millət vəkili arasında olan məsələdir.

Milli Teleradio Şurasının sədri deyir ki, millət vəkilləri media ilə bağlı məsələlərdə bir az ehtiyyatlı olmalıdırlar.

Media Hüquqları İnstitunun direktoru Rəşid Hacılının fikrincə isə millət vəkili Cəlal Əliyevin parlamentdəki çıxışı, və bu çıxışın bəzi məqamlarını spiker Murtuz Ələskərovun dəstəkləməsi ciddi narahatçılıq doğurur. Rəşid Hacılı deyir ki, Cəlal Əliyev Milli Məclisdə ANS telekanalının işçilərini və və şəxsən Mirşahin Ağayevi təhqir eləməklə yanaşı jurnalistlərin fiziki və hüquqi yollarla cəzalandırılmasına çağırışlar edib:

«Cəlal Əliyevin həm hökumətdə, həm də parlamentdə olan təsir imkanlarını nəzərə alanda bunun ciddi bir kompaniyaya çevriləcəyini düşünmək olar. Belə bir qorxu var və o azad mətbuata çox ciddi ziyan vuracaq».

Rəşid Hacılının sözlərinə görə, Media Hüquqları İnstitutu vəziyyəti normallaşdırmaq məqsədilə Milli Məclisə və hökumətə müraciət hazırlayıb. Bu müraciətdə Milli Məclisdən azad sözə qarşı belə çıxışlara son qoyulması, hökumətdən isə jurnalistlərin huquqi və fiziki təhlükəsizliyinin təmin olunması ilə əlaqədər tədbirlər görməsi istənilir. O deyir ki, parlamentdə olan bu cür çıxışlar jurnalistlərlə haqq-hesab çəkmək istəyənlərin fəallaşmasına gətirib çıxarır. Onlar bu imkandan istifadə etməyə çalışırlar. Bunun qarşısını almaq üçün, jurnalist təşkilatları, QHT-lər, dövlət orqanları bir araya gəlməli, jurnalistlərin təhlükəsizliyinin təminatı ilə bağlı tədbirlər görülməlidir.

Rəşid Hacılının fikrincə, indii jurnalistlərin təhlükəsizliyi ilə bağlı bir araya gəlib müzakirələr aparmaq üçün ciddi zərurət yaranıb.

Hüquq m

Günün bütün mövzuları

XS
SM
MD
LG