Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:50

“Abituriyent” jurnalının yeni 2-ci buraxılışı çapdan çıxıb


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” “Abituriyent” jurnalının yeni çapdan çıxmış 2-ci sayında abituriyentlər təkcə 2005-2006-cı tədris ili üçün tələbə qəbulu qaydaları ilə deyil, həm də qəbul imtahanları testlərinin modelinə uyğun test tapşırıqları ilə də tanış olacaqlar. Bu testlər abituriyentlərin qəbul imtahanlarına öz hazırlıq səviyyələrini özlərinin yoxlaması üçün nəzərdə tutulub. Jurnalın bu sayında bütün ixtisas qrupları üzrə ümumiləşmiş fənn blokunun test tapşırıqları nümunələri verilib. Jurnalda verilmiş qəbul imtahanlarında istifadə ediləcək “Cavab kartı”nın analoji nümunəsinin köməyi ilə abituriyentlər nəinki test tapşırıqlarının modeli ilə tanış ola bilər, həm də özünəməxsus treninq də keçə bilərlər. Burada balların hesablanması cədvəli də çap edilib, abituriyentlər həmin cədvəli dolduraraq topladıqları balları başqalarının yardımı olmadan özləri hesablaya bilərlər.
XS
SM
MD
LG