Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:15

Prezident ANS-in rəhbərlərini qəbul edib


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” Milli Məclisin mayın 3-də keçirdiyi toplantısında millət vəkili, mərhum prezident Heydər Əliyevin qardaşı Cəlal Əliyev ANS Şirkətlər Qrupunun əməkdaşları və rəhbərlərinin ünvanına təhqiramiz fıkirlər söyləmişdi.



Mayın 4-də isə prezident İlham Əliyev şirkətin prezidenti Vahid Naxış və vitse-prezidenti Mirşahin Ağayevi qəbul edib. Ölkədə söz və mətbuat azadlığının vəziyyəti, habelə mayın 3-ü parlamentdə baş verənlər müzakirə mövzusu olub.



Məmur-mətbuat münasibətlərindən söz açan ANS Şirkətlər Qrupunun prezidenti Vahid Naxış deyib ki, bəzi hallarda KİV-lər məmurlarla əlaqə yarada bilmirlər. Əksər hallarda isə məmurlar mətbuata açıqlama verməkdən özləri imtina edirlər.



Vahid Naxış prezidentə bildirib ki, bu məqam medianın işində ciddi əngəllər yaradır, hazırlanan materiallar isə birtərəfli olur. Daha sonra Vahid Naxış prezidenti KİV təmsilçilərinin vaxtaşırı məmurlar və parlament üzvləri tərəfindən təzyiq və təhqirlərə məruz qalmaları haqda məlumatlandırıb.



“Müstəqilliyin ilk illərində özbaşınalıq, anarxiya baş alıb gedirdi. Bu gün hər şeyin fərqli olmasına nail olmuşuq. İndi mən yol verə bilmərəm ki, yenidən keçmişə qayıdaq”.



Bu fikirləri isə prezident İlham Əliyev deyib. O bildirib ki, mətbuatı təqib etməyə və ya təzyiq göstərməyə tərəfdar deyil.



“Bu gün mətbuatın ümumi vəziyyəti tam qənaətbəxş olmasa belə biz KİV-lə münasibətdə dözümlülük nümayiş etdirməliyik”.



Özünün bu prinsiplərə əməl etdiyini deyən prezident bildirib ki, o, məmurlara ondan nümunə götürməyi tövsiyə edib. Və bu yaxınlarda keçirdiyi müşavirədə məmurlarına mətbuatla münasibət qurmaq, müsahibələr vermək haqda tapşırıq da verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG