Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:03

Amerikalı həmsədr hələlik konkret sülh planının olmadığını deyir


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Stiven Mənn “Azadlıq” radiosuna verdiyi eksklüziv müsahibədə bildirib ki, keçən payızdan başlayaraq Qarabağ probleminin həlli istiqamətində danışıqlar praktiki mərhələyə keçib. İndi müzakirələr münaqişənin nizamlanmasının detalları, elementləri üzərində aparılır. Bunula belə, cənab Mənn hələlik konkret sülh planının olmadığını söyləyir.



“Mən hesab etmirəm ki, belə bir plan var. Nizamlanma ilə bağlı istənilən planın müəyyən elementləri olmalıdır. Məsələn, hərbsizləşdirmə, sülhü mühafizə qüvvələri, bərpa və reabilitasiya üçün yardım və s. Biz saziş üçün ümumi bir zəminin tapılmasını istəyirik”.



Stiven Mənn bildirir ki, son aylar danışıqlarda müəyyən irəliləyiş olsa da, hələlik bu irəliləyişlər arzuolunan qədər deyil.



Amerikalı həmsədr əlavə edib ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Varşavada görüşmələrini istəyirlər. Amma hələlik həmin görüşün praktiki detalları tam işlənməyib.



Stiven Mənn Azərbaycanda qarşıdakı parlament seçkilərinin Qarabağ danışıqlarından diqqəti yayındaracağını istisna etmir.



“Biz artıq həm Azərbaycanda, həm də Ermənistanda bu vəziyyətləri görürük. İstənilən ölkədə demokratik seçki vaxtı diqqət başqa məsələlərə, danışıqlardan siyasi proseslərə tərəf yönəlir. Yəqin ki, Azərbaycanda da bu, hansısa mərhələdə baş verəcək. Amma mən hesab etmirəm ki, həmin hal danışıqlar prosesini dayandıracaq”.



Amerikalı həmsədr qeyd edir ki, hər iki xalqın dəstəyi olmadan bu problemi həll etmək mümkün deyil. Odur ki, həm Ermənistanda, həm Azərbaycanda ictimaiyyət sülh prosesinin necə işləyə bilməsi barədə ciddi düşünməlidir. Münaqişənin həlli ilə məşğul olan hər kəs isə ictimaiyyətin sülh paketinin arxasında durmasına nail olmalıdır.



Cənab Mənn bildirir ki, tərəflərin öz xalqlarını sülhə hazırlaması istiqamətində fəaliyyətinə qiymət vermək istəmir. Amma eyni zamanda Azərbaycanda və Ermənistanda xalqla təmaslarında ona aydın olub ki, hər iki ölkənin vətəndaşları yeni bir müharibənin başlanmasını istəmir.
XS
SM
MD
LG