Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:30

“Ukrayna hara gedəcək: irəliyə, yoxsa geriyə?”


Səs: Real audio
“Moskvada təcili yardım maşınlarının hərəkəti məhdudlaşdırılıb” --“Uolt Strit Cournal”



Keçmişi nə qədər dərin qazmaq olar sualı və keçmiş prezident dövründə aparılan özəlləşmənin nəticələrinin ləğvi məsələlərində Viktor Yuşenkonun hökumətində fikir ayrılıqları yaranıb.



Yuşenkonun bu məsələni necə həll etməsinin Ukraynanın hüdudlarını da aşan nəticələri olacaq. Digər keçmiş Sovet respublikalarında “narıncı inqilab”ın tərəqqi, yoxsa qisasla nəticələnəcəyini diqqətlə izləyirlər.



Keçən həftə Yuşenko Nazirlər Kabinetinə nə qədər şirkətin milliləşdiriləcəyi ətrafında qeyri-müəyyənliyə son qoymağı tapşırıb.



Bundan əvvəl baş nazir Yuliya Timoşenko yoxlanmalı olan şirkətlərin sayının 3 minə çata biləcəyini demişdi. Yuşenko isə etiraz edərək deyib ki, bu rəqəm 30-a daha yaxındır.



Vaşinqtondakı Karneqi Mərkəzinin təhlilçisi Anders Aslund hesab edir ki, “hazırda hökumət üzvləri müxtəlif istiqamətdə gedirlər. Bir qərara gəlmək lazımdır”.



Hələlik, Ukraynada milliləşdirmə haqda söhbətlərdən daha çox Rusiya investorları narahatdırlar. Rusiyalılar Ukraynada ən iri sərmayədardırlar və ona görə də hamıdan çox itirə bilərlər.



Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbərlərindən olan İqor Yurqens deyir ki, rusiyalı sərmayəçilərin bir çoxu “narıncı inqilab”dan sonra Ukraynaya sərmayə qoymağa hazırlaşırdı. “Ancaq Timoşenkonun dedikləri onları qorxudub”.



--“Uolt Strit Cournal”



Mayın 3-də Özbəkistanda kiçik, ancaq o qədər də mühüm etiraz aksiyası baş verib.



Çoxu qadın və uşaqlardan ibarət olan adamlar ölkədə iqtisadi şəraitin pisləşməsinə etiraz etmək üçün Daşkənddə ABŞ səfirliyinin qarşısına toplaşıblar.



Bu mitinq göstərir ki, özbəklər avtoritar hökumətə açıq qarşı durmaq qorxusunu tədricən aşırlar.



Son həftələr Özbəkistanın müxtəlif bölgələrində bir neçə etiraz aksiyası olub. Ancaq 3 may aksiyası əlamatdardır, çünki, bu, paytaxtda hökumət əleyhinə ilk nisbətən dinc nümayişdir.



--“Moscou Tayms”



İkinci Dünya müharibəsində qələbənin ildönümü ərəfəsində təhlükəsizlik mülahizələri ilə Moskvada təcili yardım maşınlarının hərəkəti qadağan olunub.



Mayın 1-dən 10-dək şəhərdə hərəkət edə bilmələri üçün təcili yardım maşınları xüsusi icazə almalıdırlar.



“Kommersant” qəzetinin bildirdiyinə görə, milis təcili yardım maşınlarının iştirakı ilə terror aktının planlaşdırıldığı haqda məlumat alıb. Hüquq-mühafizə orqanları isə bu məlumatı şərh etmirlər.



Ancaq özəl xəstəxaların dispetçerləri icazə ala bilməmələrindən şikayətlənirlər.



“Geomed Senter” şirkətinin direktoru Viktor Qarelik deyir ki, “belə şəraitdə işləmək qeyri-mümkündür. Sanki, hökumət bu bayramı xarici qonaqlar üçün təşkil edir, birtəhər dolanmağa çalışan vətəndaşları üçün yox”.



Moskva milisinin mətbuat xidmətindən Pavel Klimovski isə deyir ki, təcili yardım maşınları bayram günləri xüsusi icazə gəzdirməli olan yeganə xüsusi nəqliyyat vasitəsi deyil. Milis və yanğınsöndürən maşınlar da şəhərdə xüsusi icazə əsasında hərəkət edirlər.
XS
SM
MD
LG