Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:19

Müxalifətlə iqtidar görüşdü


Səs: Real audio
“2004-cü ildə dünyada 53 jurnalist qətlə yetirilib” Mayın 4-də hakim Yeni Azərbaycan partiyasıyla müxalifət partiyaları arasında görüş keçirilib.



YAP-ın təşəbbüsü ilə gerçəkləşən bu görüşdə təşəbbüskardan əlavə iqtidarın kursunu müdafiə edən Ana Vətən, Vətəndaş Həmrəyliyi, Sosial Rifah partiyaları, müxalifətdən isə Xalq Cəbhəsi (i), Müsavat, Demokrat və Milli İstiqlal partiyaları iştirak edib.



Tərəflərin dəyirmi masa adlandırdığı bu görüş mətbuat üçün qapalı keçirilib.



Saat yarım davam edən görüşdən sonra YAP-ın icraçı katibi Əli Əhmədov mətbuat üçün qısa açıqlama verib.



Əli Əhmədovun sözlərinə görə, dəyirmi masaya qatılan tərəflərin hamısı bu danışıqların səmərəli olduğunu etiraf edib və müzakirələrin davam etdirilməsinə qərar verib.



YAP-ın icraçı katibi onu da bildirdi ki, ilk görüşdə tərəfləri maraqlandıran ümummilli məsələlər səsləndirilib. Qərara alınıb ki, növbəti görüşlərdə artıq konkret məsələlər haqda müzakirələr aparılsın.



Əli Əhmədov növbəti görüşün vaxtını bildirməsə də, yerini dedi. Bu görüş Xalq Cəbhəsi partiyasının qərargahında keçiriləcək.



Növbəti görüşdə də eyni partiyalar, eyni statuslu şəxslər-sədr müavinləri iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG