Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:00

Prezidentlərin növbəti görüşü barədə danışıqlar gedir


Səs: Real audio
“2004-cü ildə dünyada 53 jurnalist qətlə yetirilib” Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü Avropa Şurasının mayın 16-17-də Varşavada keçirilməsi planlaşdırılan sammiti çərçivəsində ola bilər.



Bu barədə danışıqlar gedir, lakin prinsipial razılıq əldə olunmayıb.



Bunu “Azadlıq” radiosuna prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov deyib.



Onun bildirdiyinə görə, xarici işlər nazirlərinin görüşlərində bəzi məsələlər aydınlaşdırılıb ki, bunlar prezidentlərə təqdim olunacaq. Ancaq kokret təkliflər mövcud deyil.



Araz Əzimov Türkiyənin ATƏT-dəki keçmiş səfiri Yalın Alpın Azərbaycan və Ermənistan prezidentlərinin guya “mərhələli həll” ilə bağlı saziş imzalayacağı haqqında dediklərini həqiqətə uyğun olmayan məlumat adlandırıb.



Araz Əzimovun dediyinə görə, iki prezidentin Moskvada mayın 9-da görüşü real görünmür.



Azərbaycan prezidenti İlham Əliyev mayın 8-də Moskvada MDB ölkə başçılarının görüşündə iştirak etməyəcək. Lakin bir gün sonra, mayın 9-da İkinci Dünya müharibəsinin başa çatmasının 60-cı ildönümü tədbirlərinə qatılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG