Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:02

Müxalifətlə iqtidar dəyirmi masaya oturacaq


Səs: Real audio
“2004-cü ildə dünyada 53 jurnalist qətlə yetirilib” Çərşənbə günü Yeni Azərbaycan Partiyasının qərargahında planlaşdırılan görüşü, təşkilatçı tərəf-yəni YAP dialoq adlandırsa da, dəvətlilərin bəziləri bunun dialoq yox, sədəcə dəyirmi masa olduğunu deyir. Burda maraqlı olan bir şey də var ki, bu görüş haqda məlumatı mediaya dəyirmi masa və ya dialoqun təşəbbüskarı olan Yeni Azərbaycan Partiyasının mətbuat xidməti yox, dəvətli partiyalar verib.



Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev jurnalistlərlə görüşündə açıq aydın söhbətin dialoqdan getdiyini dedi. Hətta onu da əlavə elədi ki, daha öncə də Yeni Azərbaycan Partiyasının funksionerləri mediada belə təşəbbüslə çıxış eləmişdilər, amma bu təkliflərinə cavab verilmədiyini görüb, konkret adbaad məktub göndərməklə dialoqun baş tutmasına daha bir cəhd eləyiblər.



Dəvətin göndərildiyi partiyaların hamısı bu danışılara gedəcəklərini bildirdilər. Hətta iqtidarın zaman-zaman dialoqa meyl etmədiyini iddia elədiyi, qeyri-konstruktiv, dağıdıcı və radikal adlandırdığı Müsavat, Xalq Cəbhəsi, Demokrat və Milli İstiqlal partiyalarının rəsmiləri də bu danışılara gedəcəklərini dedilər. Müsavat Partiyası başqanının müavini Vurğun Əyyub ölkə prezidenti və yüksək ranqlı məmurların iştirak eləmədiyi üçün bu görüşü dialoq saymadıqlarını desə də, dəyirmi masada iştirak edəcəklərini bildirdi.



Xalq Cəbhəsi Partiyasının islahatçılar qanadı da bu görüşdə sədr müavini ilə təmsil ediləcək. Əli Kərimlinin əvəzində Yeni Azərbaycan Partiyasının qərargahına Fuad Mustafayev gedəcək. Fuad Mustafayev də bu görüşün dialoq yox, dəyirmi masa olduğunu dedi və görüş sonrası hər hansı bir razılaşma olmasının gözləmədiyini bildirdi.



Eyni fikri Milli İstiqlal Partiyasının sədri Əli Əliyev də müdafiə edir. ADP, Müsavat və Xalq Cəbnhəsi partiyasından fərqli Yeni Azərbaycan Partiyasının təşkil elədiyi görüşə AMİP sədri Əli Əliyev özü getməyə qərar versə də, hər hansı qərara varacaqlarına inanmadığını deyir. Amma ümid edir ki, heç olmasa bu görüşdə gələcək danışıalrın predmetləri müəyyənləşər və sonralar hansısa razılaşmadan söz gedə bilər.



Yeni Azərbaycan Partiyasının bu dialoqun baş tutması üçün ciddi cəhdlə çalışdığını da qeyd eləmək lazımdır. Çünki, YAP-ın funksionerlərindən Mübariz Qurbanlı Milli Məclisdə jurnalistlərlə görüşündə bu dəfə görüş alınmasa, yenidən daha bir təklif göndərəcəklərini deyib. Amma onu da əlavə eləyim ki, qəribə də olsa, son aylarda müaxilfyönlü qüvvələr tərəfindən yaradılan yaranan Yeni Siyasət blokundan heç kimə dəvət göndərilməyib. Eləcə də, sonuncu prezident seçkilərində namizədliyini verən Ədalət, Müasir Müsavat partiyasının sədrlərinə də. Yekunda bu görüşlə bağlı danışdığım siyasilərindən sözlərindən belə bir nəticə çıxarmaq olar ki, “nə isə başlayır, amma bunun dialoq olub-olmaması sonra bilinəcək.”
XS
SM
MD
LG