Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:39

E. Hüseynovun BMT mükafatına təqdim edilməsi təklif olunur


Səs: Real audio
“Dondurma adamı xoşbəxt edir” Beynəlxalq mətbuat azadlığı günü ilə bağlı jurnalistlərin Bakıda keçirdiyi tədbirlər martın 2-də qətlə yetirilmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun adıyla bağlıydı.



BMT-nin Bakı ofisinin əməkdaşı Fərqan Abbaszadə Elmar Hüseynovun BMT-nin Beynəlxalq Mətbuat Azadlığı mükafatına namizədliyinin təqdim olunması məsələsinə toxundu.



Onun sözlərinə görə, bu təqdimatı yerli təşkilatlar verə bilməz. Regional və beynəlxalq təşkilatlar, həm də Azərbaycan dövləti belə təşəbbüslə çıxış edə bilər.



Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə jurnalistikasının problemlərinə toxundu və Elmarın qətlinin böyük ləkə olduğunu dedi.



Norveçin Azərbaycandakı səfiri Steynar Gil isə bildirdi ki, jurnalistin öldürülməsi həm cəmiyyətin, həm mətbuatın faciəsidir. Səfir qətldən 2 ay keçsə də, istintaqın gedişinin sürətli olmadığını dedi. Qətlin açılacağına isə ümid etdiyini bildirdi.



«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu belə düşünür ki, Elmar Hüseynovun qətlinin istintaqıyla bağlı cəmiyyətə məlumatın verilməməsi hakimiyyətin cinayətin açılmasında maraqlı olmadığının göstəricisidir.



Baş prokuror Zakir Qaralov isə deyir ki, istintaq sirri olduğu üçün qətllə bağlı geniş məlumat verilmir.



Müstəqil ekspert Müzəffər Baxışov isə bildirir ki, istintaq sirrini yaymadan da cəmiyyətə informasiya vermək olar.



Mətbuat günüylə bağlı çoxsaylı jurnalistlərin iştirakı ilə toplantı da keçirildi.



Toplantının qətnaməsində göstərilir ki, «Azərbaycanda jurnalistika avtoritarizmin girovuna çevrilib və peşə məzmununu itirib».



Qətnamədə bildirilir ki, “indi paradoksal vəziyyət yaranıb. Jurnalistlər formal olaraq müstəqildirlər, heç kimdən asılı deyillər. Lakin onlardan heç nə asılı deyil və heç nəyə təsirləri yoxdur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG