Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:06
Rubrikalar

Hesablama palatası dezinfeksiya idarəsində büdcə yeyintisi aşkarlayıb


Səs: Real audio
“Dondurma adamı xoşbəxt edir” Hesablama Palatası vətəndaşların şikayətindən sonra Sumqayıt şəhər dezinfeksiya stansiyasında maliyyə pozuntuları aşkar edib. Palatanın yoxlamasından sonra büdcə vəsaititnin təyinatı üzrə xərclənməməsi və pullu xidmətin göstərilməsində qanun pozuntuları tapılıb. Hesablama Palatasının mətbuat xidmətindən aldığımız məlumata görə, pozuntular haqda məlumatlar Milli Məclisə və Respublika Baş Prokurorluğuna təqdim olunub.



Gürcüstan Azərbaycandan əlavə 500 milyon kubmetr qaz alamaq istəyir. Amma BP-Azərbaycan şirkətindən Em-Pi-Ey agentliyinə verilən məlumata görə, Azərbaycan bu həcmlə razılaşmır. Şahdəniz layihəsindən çıxarılacaq və Bakı-Tbilisi-Ərzurum kəməri ilə Gürcüstana güzəştlə veriləcək mavi yanacağdan əlavə yanacaq haqda danışıqlar aparmaq üçün iki dövlət arasında işçi qrupu yaradılacağı da nəzəzrdə tutulub.



Milli Bankın valyuta ehtiyatları bu ilin 4 ayına 6 faizdən çox artıb və artıq 930 milyon manata yaxındır. Bankın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın mərkəzi bankı bu il artıq Beynəlxalq valyuta fondundan alınan kreditlər üçün təxminən 20 milyon dollar xərcləyib. Digər bir məlumata görə, ilin ilk 4 ayı ərzində manatın məzənnəsi digər valyutalara nisbətən 2 faiz güclənib və hazırda 4809 manatdır. 1 avro indi 6172, rubl isə 173 manatdır.
XS
SM
MD
LG