Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:33

Rəsmilər inqilabı istisna edirlər


Səs: Real audio
“Dondurma adamı xoşbəxt edir” Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Azərbaycanda inqilab olacağını istisna edir.



O, bunu seçkiylə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun fikrincə, radikal qüvvələr bu ifadədən daha çox istifadə edir.



Ramiz Mehdiyevin dediyinə görə, beynəlxalq təşkilatların seçkini izləməsinə hər cür şərait yaradılacaq.



Azərbaycan müxalifətinin nümayəndələri isə parlament seçkisi demokratik keçməzsə, ölkədə inqilab baş verəcəyini istisna etmirlər.



“Yeni Siyasət” blokunun təsisçilərindən biri, Liberal partiyasının keçmiş sədri Lalə Şövkət Hacıyeva bu fikirdədir.



Daxili işlər naziri Ramil Usubov isə Azərbaycanın demokratikləşmə yoluyla getdiyini deyir.



Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib ki, Seçki Məcəlləsinə texniki dəyişikliklər ediləcək. Seçki komissiyalarının tərkibi isə dəyişməyəcək.
XS
SM
MD
LG