Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:30

“Simic vətən”


Səs: Real audio
“Dondurma adamı xoşbəxt edir” --“Fokus”



Kreml qələbənin 60 illiyini təmtəraqla qeyd etdiyi bir vaxtda veteranlar səfalətlə mübarizə aparırlar.



Qələbə günü Rusiyanın sonuncu iftixarıdır. Bu tarixi gündə Kreml təntənə ilə 50 ali rütbəli qonaq qarşısında özünün köhnə—yeni qüdrətini nümayiş etdirmək istəyir.



Ancaq vaxtilə səngərlərdə həyat və sağlamlığı ilə risk edənlərlə hökumət bu qədər maraqlanmır.



Bu gün veteranlar üçün cəbhə xətti xəstəxana və apteklərdən keçir.



Bir vaxtlar sovetlər üçün cəbhəçiləri zəruri hər şeylə təmin etmək ləyaqət məsələsi idi. Bu gün isə veteranların bir çoxu özlərini “arabanın beşinci, artıq çarxı” kimi hiss edirlər.



Böyük Vətən müharibəsi veteranı Anna Qolovanovanın sözlərinə görə, “hərdən adama elə gəlir ki, hökumət səbirsizliklə sonuncu müharibə iştirakçısının nə vaxt öləcəyini gözləyir”.



--IFLA



Beynəlxalq Kitabxana Assosiasiyaları və Qurumları Federasiyası [IFLA] Türkmənistanda kitabxanaların bağlanmasına təkidlə etirazını bildirir.



Prezidenti Saparmurat Niyazov kitabxanaları qadağan etmək qərarını ölkədə “heç kimin kitab oxumaması və kitabxanalara getməməsi” ilə əsaslandırır. Mərkəzi və tələbə kitabxanaları açıq qalacaq, qalanları isə bağlanacaq.



Niyazov deyir ki, əlavə kitabxanalara ehtiyac yoxdur; türkmənlərə lazım olan kitabların çoxu bundan sonra evlərdə, iş yerlərində və məktəblərdə olmalıdır.



--“Qardian”



Dondurma insanları xoşbəxt edir.



London psixiatriya institutunun neyropsixoloqları vanilli dondurma yeyən insanların beynini tədqiq ediblər. Və bu zaman beynin insanların həzz aldıqları zaman fəallaşan hissələrində reaksiya qeydə alıblar.



Tədqiqatı sifariş edən “Yunilever” şirkətindən Don Darlinqin sözlərinə görə, “ilk dəfədir ki, dondurmanın insanı xoşbəxt etdiyini göstərə bilmişik. Cəmi bir qaşıq dondurma beyində “xoşbəxtlik sahələrini” canlandırır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG