Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:39

Rusiyada təhsil alanlara təqaüd verilməyəcək


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Rusiyaya dövlət xətti ilə oxumağa gedən tələbələrə təqaüd verilməyəcək və onlar yataqxana ilə təmin olunmayacaqlar. Azərbaycan hökuməti yalnız təhsil haqqını ödəyəcək. Digər bütün xərcləri tələbə özü ödəməlidir.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası builki qəbulu bu şərtlərlə aparır.



Mayın 2-dən 6-dək toplanacaq 6 adda sənəd imtahanda iştiraka imkan verəcək.



Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Sevinc Xəlilovanın sözlərinə görə, builki plana görə, 66 nəfər Rusiyada oxumaq şansı əldə edəcək. Ötən il cəmi 43 nəfər bu ölkədə təhsil almaq şansı qazanmışdı.



Amma yaradıcılıqla bağlı ixtisaslara artıq ali məktəblərdə oxuyan tələbələr sənəd verə bilər. Bu, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci və 2-ci kurs tələbələrinə aiddir. Bunun üçün tələbələr xüsusi arayış təqdim etməlidir.



Rusiyada yaşayan azərbaycanlılar da bu müsabiqədə iştirak edə bilər. Onlar sadəcə sənədlərini qonşu ölkədəki Ümumrusiya Azərbaycanlıları Konqresinin bölmələrinə təqdim etməlidirlər.



Rusiya ali məktəblərinə qəbul olanların adları mayın ortaları müəyyənləşəcək.



Türkiyə ali məktəblərinə isə aprelin 24-də imtahan verən abituriyentlər nəticələri iyun ayında eşidəcəklər. Onlardan 30-u tələbə adını qazanacaq.



Rusiyadan fərqli olaraq, Türkiyədə təhsil alacaq tələbələr təqaüd və yataqxana imkanlarından istifadə edəcəklər.



Bundan başqa, elə bu ildən Azərbaycanın ali məktəblərində magistraturaya qəbulu da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparacaq.



Komissiyadan aldığımız məlumata görə, mərkəzləşmiş şəkildə aparılacaq qəbulla bağlı ali məktəblərlə məsləhətləşmələr gedir və bu haqda elan mayın sonlarında veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG