Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21
Rubrikalar

Azərbaycanın reqbi yığması Avropa Çempionatına qatılacaq


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Azərbaycan velosipedçiləri Türkiyədə keçirilən 41-ci prezident kubokuna qatılıb. 20-dən çox ölkənin 200-ə yaxın idmançısının yarışdığı turnirdə Azərbaycan beş idmançıyla təmsil edilib. Baş məşqçi Vitali Qladçenkonun rəhbərlik etdiyi yığma komandaya Vüqar Salahov, Teymur Məmmədov, Rəşad Abbasov, Elçin Əsədov və Andrey Kroçkin daxil edilib. Velosipedçilər İzmir-Bodrum, Mərmərə-Antaliya marşrutu ilə mayın 10-a qədər 700 km məsafə qət eləyəcək.



Azərbaycan reqibi yığması Avropa çempionatının 3-cü divionuna vəsiqə qazandı. Şənbə günü Bakıda Bosniya və Hersoqovina yığmasını iki oyunun nəticəsinə görə yenən Azərbaycan reqbiçiləri sentyabrda keçiriləcəck Avropa birinciliyində iştirak haqqına sahib olub.



Həftəsonu yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb. 260 idmançının 10 çəki dərəcəsində mübarizə apardığı yarışlarda Nicat Alıyev, Kamran Məmmədov, Murad Hüseynov, Hacıxan Mustafayev, Namiq Qafarov, Rüfət Tahirli, Təvəkkül Tanrıverdiyev, Röyal Vəliyev, Səməd Cəbrayılov və Aydın Səfərov qalib olub.



mayın 7-də isə eks-prezident Heydər Əliyevin xatirəsinə həsr olunan taelvando üzrə gənclər arasında Bakı turniri keçiriləcək. “Musado” idman kompleksində keçiriləcək yarışlarda 15-ə yaxın idman klubu və cəmiyyətindən 100-dən çox taekvondoçu 20 çəki dərəcəsində gücünü sınayacaq.



Mayın sonunda qadınlaradan ibarət Azərbaycan voleybol yığması Dünya çempionatına vəsiqə qazanmaq üçün Rumıniya, İspaniya və Belçika yığmalarıyla mübarizə aparacaq. 2006-cı ildə keçiriləcək Dünya çempionatının seçmə mərhələ yarışları Bakıda olacaq



Mayın 3-də Bakıda, Rus dram teatrında Bodibildinq üzrə Azərbaycan çempionatı keçiriləcək.



Mayın 3-də UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq. İki ingilis klubu- “Çelsi” və “Liverpul”dan biri öz aralarında mayın 25-də İstanbuldakı final oyununa kimin çıxacağını müəyyənləşdirəcək. 1 həftə əvvəl Londonda keçirilən oyun 0-0 hesabıyla başa çatmışdı. Liverpulda keçiriləcəck oyunda Çelsi 0-0 dan başqa istənilə hesablı heç-heçə nətəcəsində də finala vəsiqə qazana bilər. Liverpul isə növbəti mərhələyə çıxmaq üçün hökmən qalib gəlməlidir. Bu oyunda qalib gəlın komanda finalda Milan-PSV cütünün qalibi ilə qarşılaşacaq.
XS
SM
MD
LG