Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:03

«Xarici şirkətlər həmkarlar təşkilatının yaradılmasına icazə vermir»


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” «Yeni Azərbaycan» qəzeti yazır ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başa çatıb. Toplantılarda iştirak edən azərbaycanlı parlamentari Rəfael Hüseynov deyir ki, Azərbaycanla bağlı mühüm sənədlər qəbul olunub. Bu haqda o, Bakıya qayıdanda məlumat verəcək.



«Məhbusdan Leyla Yunusa və Eldar Zeynalova sərt ittiham». «Üç nöqtə» qəzeti yazır ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Vaqif Mikayılov onları rüşvət alaraq "siyasi məhbus" siyahısı hazırlamaqda suçlayır.



«Xarici şirkətlər həmkarlar təşkilatının yaradılmasına icazə vermir». Bu haqda Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevə istinadən «525-ci qəzet» məlumat verir.



«Hakimiyyət seçki qanunvericiliyində prinsipial islahatlardan yayınmaq istəyir» məqaləsində «Bakı Xəbər» qəzeti yazır ki, "Seçki Məcəlləsində səthi dəyişikliklər rejimin saxtakarlıq prinsipini dəyişməyəcək".



“Azərbaycan cəmiyyətini xəbərdar edirik ki, ATƏT-in Bakı bürosu istənilən vaxt hakimiyyətlə sövdələşməyə gedib müxalifətin maraqlarına zərbə vura bilər”. «Xalq Cəbhəsi» qəzetinə müsahibəsində Böyük Quruluş partiyasının sədri Fazil Qəzənfəroğlu belə deyib.



Qazaxıstanın “Asar” partiyasının lideri, parlamentin üzvü, prezident Nazarbayevin qızı Dariqa Nazarbayeva «Exo» qəzetinə müsahibəsində deyib ki, «Azərbaycanda artıq hakimiyyət dəyişikliyi olub. Bu ölkədəki irəliləyişləri yalnız bu ölkənin düşməni olanlar görməyə bilər».



“Azərbaycan hətta Afrika ölkələrindən də geridədir” başlıqlı məqaləsində “Azadlıq” qəzeti yazır ki, İlham Əliyev hakimiyyətə gələndən sonra söz azadlığı sahəsində vəziyyət hədsiz dərəcədə pisləşib.
XS
SM
MD
LG