Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:25

Bugünkü Qlobusun qonaqları:<br>- Qırqızstandakı "Azəri" mədəniyyət mərkəzinin sədr müavini Əsəd Həsənov,<br>- Moldova Azərbaycanlıları konqresinin rəhbəri Vüqar Novruzov,<br>- İsveçrədəki Azərbaycan-Türk Kültür dərnəyinin sədri Fərhad Ulduzlu


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Salam, Efirdə Qlobus proqramıdır. Mikrofonda Samirə Faiqqızı. Qlobusun iştirakçıları – xaricdə yaşayan, təhsil alan azərbaycanlılardır. Və bu verilişdə biz müxtəlif səbəblərə görə vətənlərindən kənarda yaşayan azərbaycanlıların nailiyyətlərindən və problemlərindən, eləcə də diaspora cəmiyyətlərindən danışırıq. Bugünkü Qlobusun qonaqları:



- Qırqızstandakı "Azəri" mədəniyyət mərkəzinin sədr müavini Əsəd Həsənov,

- Moldova Azərbaycanlıları konqresinin rəhbəri Vüqar Novruzov,

- Və İsveçrədəki Azərbaycan-Türk Kültür Dərnəyinin sədri Fərhad Ulduzlu.



Mən, Samirə Faiqqızı isə Azadlıq radiosunun Praqadakı studiyasındayam.

Beləliklə, ilk qonaqım Əsəd Həsənov Azərbaycanın Salyan rayonunda anadan olub, 1933-cü ildə onun ailəsini Azərbaycandan Qırqızstana sürgün etdilər, və o vaxtdan da o, bu Orta Asiya respublikasında yaşayır. İxtisasca mühəndis –inşaatçıdır, indi isə təqaüddədir . Əsəd bəy deyir ki, hazırda Qırqızstanda 20 minə yaxın azərbaycanlı yaşayır.

Əsəd Həsənov 1992-ci ildə Qırqızstanda yaradılmış Azəri cəmiyyətinin sədr müavinidir. Əsəd bəy Qırqızstandakı azərbaycanlıların problemlərindən də mənə danışdı.



Növbəti qonağım Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovdur. Vüqar bəy 80–ci ildə Moldovada əsgərlikdə olub. Sonradan bu respublikada universiteti bitirib və o vaxtdan da Kişinyovda yaşayır. Hazırda bizneslə məşquldur. Bu yaxınlarda Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Kişinyovda Nizami Gəncəvi poeziya gecəsi keçirilib.



Vüqar bəylə Moldovadakı azərbaycanlıların durumundan da danışdıq. Onun sözlərinə görə, hazırda Moldovada 5 minə yaxın azərbaycanlı yaşayır.



Və bugünkü Qlobusun axırıncı qonağı İsveçrədən Fərhad Ulduzludur. Fərhad bəy İdqır azərbaycanlılarındandır və 1978-ci ildə Türkiyədən İsveçrəyə köçüb, hazırda bizneslə məşquldur. O, 1992-ci ildə yaradılmış Azərbaycan –Türk Kültür Dərnəyinin sədridir.

Audio

Bu günə bu qədər. Siz Azadlıq radiosunun dalğalarında Qlobus proqramına qulaq asdınız. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək
XS
SM
MD
LG