Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:13

«Bakı-Ceyhan»dan neft dağılmalarına qarşı plan hazırlanır


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəmərində baş verə biləcək qəzalar zamanı ətraf ərazilərə neft dağılmalarının qarşısını almaq üçün plan hazırlanır.



Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.



Onun sözlərinə görə, kəmərin tikintisində operator olan BP şirkəti artıq planın ilkin variantını nazirliyə təqdim edib. Amma ilkin variant nazirliyi qane etməyib və layihə yenidən işlənmək üçün şirkətə qaytarılıb.



Cənab Bağırovun bildirdiyinə görə, fövqəladə hallarda istifadə üçün təklif edilən bəzi metodlar onları qane etmir.



«Məsələn, təklif olunur ki, bəzi hallarda digər metodlarla yanaşı yandırma üsulundan da istifadə edilsin. Biz bunun əleyhinəyik».



Hüseynqulu Bağırovun verdiyi daha bir məlumata görə, Azərbaycan hökuməti də neft dağılmalarına qarşı plan hazırlayır, amma onun əhatə dairəsi daha böyük olacaq. Planda həm xarici, həm də yerli şirkətlərdə baş verə biləcək qəzalara qarşı tədbirlər nəzərdə tutulacaq. Layihənin ilkin variantı üzərində iş yekunlaşır.



Nazir belə bir məlumat da açıqlayıb ki, Bakı buxtasının təmizlənməsi üzrə sərəncam layihəsi hazırlanır.



Onun sözlərinə görə, artıq işçi qrup buxtanı çirkləndirən mənbələri müəyyənləşdirib, eləcə də suyun tərkibini və dəniz dibinin vəziyyətini təhlil edib. Hazırlanan təkliflər artıq Nazirlər Kabinetinə göndərilib.



Nazir onu da deyib ki, Rusiyaya icarəyə verilən Qəbələ Radiolokasiya Stansiyasının ətraf mühitə təsirini daha dəqiq öyrənmək üçün yeni avadanlıqlar alınacaq. Artıq bununla bağlı Fövqəladə Hallar üzrə Dövlət Komissiyasıyla razılıq əldə edilib və yaxın 5-6 ayda yeni avadanlıqlar alınıb Azərbaycana gətiriləcək.
XS
SM
MD
LG