Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:59

“Freedom House” mətbuat azadlığına görə Azərbaycanı İraqdan da geri hesab edir


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” “Freedom House” təşkilatının yaydığı hesabatda Azərbaycan mətbuat azadlığına görə azad olmayan ölkələr siyahısına salınıb və bu göstərici üzrə hətta Əfqanıstan və İraqdan da geridədir.



Amma “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin fikrincə, bu nəticəni Azərbaycan televiziyaları və radioları haqqında demək olar, mətbuat haqqında yox. Ölkə mətbuatı Əfqanıstan və İraqdakından daha azaddır.



“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, “Gün-səhər” qəzetinin baş redaktoru Arif Əliyevsə əksinə, hesabatın Azərbaycana aid hissəsinin belə olacağını gözlədiklərini deyir.



İraq və Əfqanıstanla müqayisə ilə razı olmasa da, o, hesab edir ki, ölkə mətbuatı üçün real təhlükələr qalmaqdadır. Çünki, son bir ildə hökumət problemləri aradan qaldırmaq üçün heç bir addım atmayıb.



“Freedom House” mətbuatın əsas problemlərindən biri kimi iqtisadiyyatın inhisarlaşmasını qeyd edir. Çünki, belə vəziyyətdə mətbuat lazımı qədər maliyyə əldə edə bilmir və hansısa sponsorlardan asılı vəziyyətə düşür.



Hesabatda küçədə qəzet satanların təzyiqlərə məruz qalması, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnterneti nəzarətə almaq istiqamətində atdığı addımlar da mənfi qarşılanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG