Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:43
Rubrikalar

Azərbaycan boksçuları Kiyevdə 6 medal qazanıb


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Aprelin 29-da Ukraynanın paytaxtı Kiyevdə boks üzrə beşinci beynəlxalq turnir sona çatıb. 12 ölkədən 150-yə qədər boksçunun iştirak etdiyi yarışda Azərbaycan 11 idmançı ilə çıxış edib və 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb. Boks Federasiyasının baş katibi Tofiq Babanlının verdiyi məlumata görə, Aslan Bayramov və Azər Məmmədov qızıl, Ceyhun Əbiyev gümüş, Seymur Qurbanov, Fərhad Acalov və Nicat Əkbərov isə bürünc medalların sahibi olub.

Bu yarışdan sonra Azərbaycan boksçuları dünya kuboku yarışlarına hazırlaşcaqlar.



Türkiyənin İstanbul şəhərində karate üzrə 18-ci beynəlxalq turnir keçirilib. 14 ölkədən 250 idmançının iştirak etdiyi turnirdə 21 Azərbaycan karetiçisi yarışıb. Niyazi Əliyev gümüş, Mehman Eynalov və Vüsal İsrafilov bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan yığması üçüncü yeri tutub.



Mayın 12-14-də Macarıstanda kişilərdən ibarət voleybol komandalarının dünya çempionatının qrup mərhələ oyunları keçiriləcək. Azərbaycanın yığma komandası da bu yarışlarda qüvvəsini sınayacaq. Rəqibləri isə Macarıstan, Sloveniya və Moldova yığmaları olacaq. Qrupun qalibi dünya çempionatının növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.
XS
SM
MD
LG