Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:44

ABŞ-ın ATƏT-dəki səfiri iqtidar və müxalifətlə görüşlər keçirir


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Aprelin 29-da ABŞ-ın Bakıdakı səfirliyində bu ölkənin ATƏT-dəki səfiri Stiven Minikes Müsavat-ADP-AXCP və Yeni Seçki Blokunun təmsilçiləri ilə görüşüb.



Yeni Seçki Blokunun nümayəndəsi Eldar Namazovun verdiyi məlumata görə, görüşdə seçkilərin demokratik keçirilməsi müzakirə edilib.



Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Mustafayev isə bildirir ki, blok nümayəndələri Azərbaycandakı seçkiqabağı problemlərə toxunublar.



Cənab Minikes həmin gün prezident İlham Əliyevlə də görüşüb. Rəsmi mənbələrə əsasən, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunub.



Aprelin 28-də isə ATƏT-in Bakı Ofisi müxalifətlə iqtidar arasında dialoqla bağlı birgə seminarın keçirilməsi təşəbbüsü ilə bir neçə siyasi partiyalarla danışıqlar aparmışdı.
XS
SM
MD
LG