Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:55
Rubrikalar

Azərbaycanda ən iri qızıl yatağıkəşf olunub


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” İqtisadi inkişaf Nazirliyi qaçqın və məcburi köçkünlərin torpaq vergisindən azad olunmasını istəyir. İnterfax agentliyinin məlumatına görə, bu haqda təklifi Nazirlik Milli Məclisə göndərəcək. Vergidən yalnız kənd təsərrüfatı ilə məşğul olan qaçqın və köçkünlərin vergidən azad olunması təklif olunur. Bu əhali kateqoriyası indiyədək torpaq vergisindən başqa bütün vergilərdən tam azad edilib.



Azərbaycanda kəşf olunan Çovdar qızıl yatağı indiyədək tapılan yataqların hamısı qədər qızıl ehtiyatlarına malikdir. Bu haqda məlumat verən Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə, bu son 20-30 ildə tapılan ən zəngin yataqdır. Digər qızıl yatağı Naxçıvan Muxtar Respublikasında tapılan Başkənd yatağıdır. Bundan əlavə, aparılan kəşfiyyat işləri nəticəsində 450-470 milyon ton qonur kömür yataqları kəşf olunub. Yatağın meşə zolağında yerləşməsi onun gələcək istifadəsini çətinləşdirə bilər. Nazirin dediyinə görə, ötən bir il ərzində yeni 18 faydalı qazıntı yatağı tapılıb və dövlət reyesrtrinə salınıb.



Aprelin 29-da Milli Bankdan aldığımız məlumata görə, dollar bir az da ucuzlaşıb və indi 4807 manatdır. 1 rubl 172, 1 avro isə 6208 manatdır.
XS
SM
MD
LG