Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:19

«ATƏT-dən qapalı dialoq təklifi»


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” «Azərbaycan prezidentinə «Heydər Əliyev» ordeni təqdim olundu». «Yeni Azərbaycan» qəzeti yazır ki, İlham Əliyev bundan sonra da var gücüylə ölkənin xoşbəxt gələcəyi üçün çalışacağını vəd edib.



«Əli Kərimli Terri Devislə görüşüb» başlıqlı məqalədə «Azadlıq» qəzeti yazır ki, Avropa Şurasının baş katibi ilə görüşdə seçkilərə hazırlıq məsələsi əsas müzakirə mövzusu olub.



«AŞPA ermənilərin süni məskunlaşdırma siyasətini pislədi» «Üç nöqtə» qəzeti yazır ki, bu məsələ Avropa Şurası dövlət başçılarının Varşava sammitində yenidən müzakirəyə çıxarılacaq.



«525-ci qəzet» Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Şurası baş katibi Terri Devisin fikirlərinə yer ayırır. Cənab Devis deyir ki, bu problemin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olmalıdır və əgər münaqişədə olan tərəflərdən hər hansı biri hərbi əməliyyatlara başlasa, təşkilat qabaqlayıcı tədbirlər görəcək.



«Leyla Şıxlinskayanın klinikasına qarşı yeni ittihamlar irəli sürüldü». «Bakı Xəbər» yazır ki, Səhiyyə Nazirliyi Leyla Şıxlinskayanın təsisçiliyi ilə fəaliyyət göstərən 6 şirkətlə bağlı açıqlama yayıb.



«Alətə çevrilən xalq» başlıqlı məqaləsində «Azərbaycan» qəzeti yazır ki, konkret vətənləri olmayan ermənilər tarix boyu öz razılıqları ilə siyasi oyunlara cəlb olunublar.



«Yeni Müsavat» Müsavat başqanının müavini Sülhəddin Əkbərlə müsahibə dərc edib. Onun sözlərinə görə, Azərbaycandakı daxili vəziyyətdən daha çox neft sektoruna yatırım qoyan sərmayədarlar narahatdırlar.



«İran terroru dəstəkləyən dövlətlər siyahısında liderdir» məqaləsində «Xalq Cəbhəsi» qəzeti yazır ki, bu haqda ABŞ Dövlət Departamentinin illik hesabatında bildirilir.



«Ayna» qəzeti «ATƏT-dən qapalı dialoq təklifi» başlıqlı məqalə dərc edib yazır ki, partiyalar arasında təşkil olunacaq müzakirələr mətbuatın iştirakı olmadan keçiriləcək.
XS
SM
MD
LG