Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:18

Hüquq-mühafizə orqanlarındakı son təyinatlar həm inkişaf, həm də köhnəliyin təkrarı kimi qiymətləndirilir


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Hüquq mühafizə orqanlarında son üç təyinat birmənalı qarşılanmayıb. İlk təyinat Vilayət Eyvazovla bağlı oldu və daha çox tənqidlər də onun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən daxili işlər nazirinin müavini vəzifəsinə gətirilməsinə yönəldi. Çünki onun adı yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında 16 oktyabr hadisələrində tutduğu mövqeyə görə hallanırdı. Daha sonra baş prokurorun birinci müavini işləmiş Ramiz Rizayevin Ali Məhkəməyə sədr təyin olunması da birmənalı qarşılanmadı. Burda daha çox o vurğulanır ki, cənab Rizayev uzun müddət prokurorluq orqanlarında çalışıb, həmişə ittihamçı olub. İttihamçılıq mövqeyi Ali Məhkəmənin sədri vəzifəsində hansısa izlərini göstərə bilər. Sonuncu təyinata – Zakir Qaralovun daha beş il ölkənin baş prokuroru vəzifəsi təyinatına isə prezident dünən imza atdı. Zakir Qaralovun təyinatla bağlı Milli Məclisdəki çıxışında müxalifəti ittiham etməsi də hüquq dairələrində etirazlarla qarşılanıb.

Hüquqşünas Əyyub Kərimov da hər üç təyinata mənfi yanaşanlardır. O bu şəxsləri uğurlu kadr saymır. Parlamentin hüquq-siyasəti komissiyasının sədr müavini Cahangir Hüseynov isə belə fikirləşmir. Onun sözlərinə görə, nöqsanları varsa belə onlara nöqsanları aradan qalıdrmağa imkan yaratmaq lazımdır.

Ekspertlər və hüquq-müdafiəçiləri təyinatların seçkilərlə bağlı olduğuna da şühbə etmirlər. Seçki Monitorinq Mərkəzinin icraçı direktoru Anar Məmmədli düşünür ki, sonuncu təyinatlar seçkilərə təsirsiz ötüşməyəcək. O deyir ki, bu vəzifələrə demokratik imicli şəxslərin təyin olunmaması əvvəlki seçki təcrübəsinin təkrarlanacağını düşünməyə əsas verir. Hüquq müdafiəçisi Səidə Qocamanlı da onun fikirlərini bölüşür.

Millət vəkili Cahangir Hüseynova görə, yeni təyinatlar hüquq-mühafizə orqanlarınının məsuliyyətini artıracaq. Hüquqşünas Əyyub Kərimov isə o fikirdədir ki, Hacı Məmmədovun adı ilə bağlı hadisələrdən sonra hüquq-mühafizə orqanlarına inam azalıb. Bu təyinatlar isə köhnəliyin təkrarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG