Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:59
Rubrikalar

Aprelin 28-də UEFA kubokunun yarımfinal mərhələsində ilk oyunlar keçiriləcək


Səs: Real audio
“Qazaxıstanda seçki zamanı etiraz aksiyaları qadağan olunub” Mövsümün sonuna qədər cəzalandırılmış “Karvan” klubu və Azərbaycan yığmasının futbolçusu Zaur Ramazanov bağışlandı. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın Nizam İntizam Komitəsi dünənki iclasında yan xətt hakimini vurduğuna görə mövsümün sonuna qədər cəzalandırdığı Zaur Ramazanovu bağışlayıb. Müxtəlif səbəblər üzündən eyni cəzaya məhkum edilən “Karat” klubunun üzvləri Ruslan Quliyev, Vüqar İsmayılov və Samir Məmmədovun da cəzası ləğv edilib. Nizam İntizam Komitəsi sonuncu turda qaydaları pozan oyunçuları və klubları yenə cəriməyə məruz qoyub. Mövsümün əvvəlindən AFFA Nizam İntizam Komitəsi çempionatdakı klublara üst-üstə 212 milyon manata qədər, təxminən 45 min dollar cərimə kəsib.





Albaniya Futbol Federasiyası avqustun 17 və 18-də Azərbaycan yığmasıyla qarşılaşmaq təklifini müsbət cavablayıb. Razılaşmaya görə Azərbaycanın futbol üzrə gənclər yığması albaniyalı həmyaşıdlarıyla avqustun 17-də, əsas komanda isə bir gün sonra Albaniya komandasıyla Tiranada qarşılaşacaq.



Aprelin 28-də UEFA kubokunun yarımfinal mərhələsində ilk oyunlar keçiriləcək. İtaliyanın “Parma” komandası öz meydanında Moskvanın “Mərkəzi Ordu İdman Klubu” ilə qarşılaşacaq. Hollandiyanı təmsil edən “Alkmaar” isə Portuqaliyada “Sportinq”in qonağı olacaq. Cavab görüşləri bir həftə sonra keçiriləcək.



Aprelin 29-da futbol üzər Azərbaycan kubokunda finalçılar bəlli olacaq. Ilk oyunda 2-1 hesabı ilə qalib gələn Bakının “İnter” komandası “Xəzər-Lənkəran”ın qonağı olacaq. Yarımfinalın birinci oyununda 1-0 hesablı qələbə qazanan “Bakı” isə öz meydanında İmişlinin “MKT-Araz” komandasının qəbul edəcək.
XS
SM
MD
LG