Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

ATƏT iqtidar və müxalifət arasında dialoq yollarını arayır


Səs: Real audio
“İranın yəhudi icmasının aqibəti necə olacaq?” Aprelin 28-də ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi və bu təşkilatdan olan başqa təmsilçilər dialoq mövzusunda birgə seminarın keçirilməsi təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyalarla danışıqlar aparıblar.



Yeni Azərbaycan partiyası mətbuat xidmətindən bildirildiyinə görə, bu partiya ilə danışıqlarda icra katibinin müavini Əli Əhmədov iştirak edib.



Mətbuat xidmətinin rəhbəri Hüseyn Məlikovun sözlərinə görə, Əli Əhmədov qonaqlara deyib ki, müxalifət bir qayda olaraq bu tip çağırışlara müsbət reaksiya verməsə də, Yeni Azərbaycan partiyası dialoqa həmişə hazırdır.



Eyni mövzuda danışıqlar ayrı-ayrılıqda Müsavat və Xalq Cəbhəsi partiyaları ilə də aparılıb.



Danışıqlarda Xalq Cəbhəsi partiyası adından iştirak edən sədr müavini Fuad Mustafayev isə deyir ki, müxalifət heç də dailoqa mənfi münasibət bəsləmir. Sadəcə, onlar nəticəsi olan dialoqu müdafiə edirlər. Üstəlik, Fuad Mustafayevin sözlərinə görə, bu vaxta qədər tərəflər arasında dailoqun baş tutmamasında hakimiyyət tərəfi məsuliyyət daşıyır.



“Yadınızdadırsa, ABŞ-ın Azərbaycandakı səfiri də dialoq təklifi ilə çıxış edəndə hakimiyyət tərəfi ona hücumlara keçdi”.



«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, hazırda hakimiyyətlə müxalifət arasında fikir ayrılıqları Seçki Məcəlləsi, İctimai Televiziya və vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin edilməsi məsələsində özünü göstərir. Əgər tərəflər bu məsələlərdə ortaq məxrəcə gəlsələr, onda dialoqun baş tutmasına heç bir problem qalmaz.



“Ancaq mən buna o qədər də nikbin baxmıram. Çünki, hakimiyyət tərəfi bu məsələlərin müzakirəsində o qədər də maraqlı deyil”.



Azər Rəşidoğlu yada salır ki, Azərbaycanda sonuncu prezident seçkiləri ərəfəsində də ATƏT eyni təşəbbüslə bir sıra seminar və konfranslar keçirmişdi. Ancaq onda qarşı duran tərəflər müzakirələrdə səmimi olmadığından, bütün bu təşəbbüslər acı uğursuzluqla nəticələndi.

Günün bütün mövzuları

XS
SM
MD
LG