Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:13

Vardan Oskanyan Frankfurta niyə getmədi?


Səs: Real audio
“İranın yəhudi icmasının aqibəti necə olacaq?” Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Vardan Oskanyanın Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Frankfurt danışıqlarına niyə qatılmadığını bilmir və bununla bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən izahat istəyəcəyini deyib. Bəzi müstəqil ekspertlər də danışıqların indiki mərhələsində bir qeyri-müəyyənlik olduğunu bildirirlər. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu səbəbdən məsələylə bağlı hər hansı şərh vermək istəmədi. Onun fikrincə, proseslərin aydınlaşmasına ehtiyac var.



Amma politoloq Rasim Musabəyov güman edir ki, Ermənistanın xarici işlər nazirinin danışıqlara gəlməməsinin ciddi səbəbləri ola bilər. Onun fikrincə, artıq beynəlxalq aləm anlayıb ki, münaqişənin paket həll variantı, yəni əvvəlcədən Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini nəzərdə tutan variant qeyri-realdır və danışıqları ölü nöqtədən tərpətmək üçün mütləq mərhələli həll variantının hansısa forması seçilməlidir. Rasim Musabəyov düşünür ki, böyük dövlətlər və beynəlxalq qurumlar Ermənistana bununla bağlı təzyiqlər edirlər, rəsmi Yerevan isə tərəddüd içində olduğu üçün danışıqlardan yayınır.



Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Xaləddin İbrahimli isə ehtimal edir ki, Vardan Oskanyanın Frankfurta gəlməməsinin kökündə Ermənistan rəhbərliyində münaqişənin həlli yollarıyla bağlı fikirayrılığının yaranması dayana bilər. Onun fikrincə, danışıqlar indi həlledici məqama çatıb və belə bir halın baş verməsi mümkündür. O güman edir ki, bir müddət əvvəl Vardan Oskanyanın Qarabağ ətrafında işğal olunmuş 7 rayonun beynəlxalq qüvvələrin nəzarətinə verilməsini istisna etməyən fikir səsləndirməsi Ermənistan prezidentinin narazılığına səbəb ola bilərdi. Xaləddin İbrahimli deyir ki, Qarabağ danışıqlarının tarixində belə hallar olub. Onun sözlərinə görə, bir neçə il əvvəl tərəflər problemin həllinə çox yaxın olarkən Ermənistan rəhbərliyi arasında problemin həllinə fərqli münasibətlər yaranmışdı və bu, parlamentdə qətllərlə nəticələnmişdi. Azərbaycanda isə xarici işlər naziri, xarici məsələlər üzrə dövlət müşaviri və prezident katibliynin rəhbəri problemin həlli yollarıyla bağlı dövlət başçısından fərqli mövqe tutduqlarına görə birgə istefa vermişdilər.



O ki qaldı xarici işlər nazirlərinin Minsk qrupunun həmsədrləriylə ayrı-ayrılıqda görüşməsi formatına keçilməsinə, ekspertlər bunu geriyə addım saymırlar. Politoloq Rasim Musabəyov deyir ki, danışıqların indiki mərhələsinə belə format daha uyğundur. Onun fikrincə, Minsk qrupunun hazırladığı yeni ideyaların fəlsəfəsi hər iki xarici işlər nazirinin iştirakıyla müzakirə olunub, indi isə təfərrüatlar barədə nazirlərinin hər biri ilə ayrı-ayrılıqda söhbətlər edilir.
XS
SM
MD
LG