Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:01
Rubrikalar

Traseka ilə yükdaşımalar 15 faiz ucuzlaşacaq


Səs: Real audio
“İranın yəhudi icmasının aqibəti necə olacaq?” Azərbaycan elektron hazırlıq və kompüter texnologiyalarının inkişafı üzrə sonuncu yerdədir. İBM korporasiyası və The Economist jurnalının apardığı araşdırmanın elan olunan nəticələrinə görə, Azərbaycan 65 ölkə arasında sonuncu 65-ci yerdədir. Keçən il Azərbaycan bu göstərici üzrə 64-cü yerdə olub. Elektron hazırlığa görə, ilk beşlikdə yer alanlar – Danimarka, ABŞ, İsveç, İsveçrə və Böyük Britaniyadır. MDB ölkələrinədən isə Rusiya 52-ci, Ukrayna 57-ci, Qazaxıstan isə 62-ci yerdədir. Qiymətləndirməni aparan ekspertlər - elektron hazırlığlı göstəricisini internetin inkişaf səviyyəsi və əhali arasında yayılması, naqilli və naqilsiz əlaqə imkanlarını və internet vasutəsilə bank hesablarından istifadə imkanlarına əsasən qiymətləndiblər.



Böyük İpək yolu Traseka layihəsi çərçivəsində yükdaşımalar ucuzlaşacaq. Trend agentliyinin məlumatına görə, Azərbaycan höküməti dəmir yolu ilə yükdaşımalara görə alınan tarifləri 15 faiz azaltmağı təklif edib. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu haqda təklifə yaxın vaxtlarda baxılacaq. TRASEKa-nın digər mühüm dayağı olan Bakı Limanındakı qiymətlər digər limanlardan 3-4 dəfə aşağıdır.



Aprelin 28-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4811, 1 rubl 173, 1 avro isə 6217 manatdır.
XS
SM
MD
LG