Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:20

ABŞ Azərbaycanın terrorçuluqla mübarizədə fəallığını alqışlayır


Səs: Real audio
“İranın yəhudi icmasının aqibəti necə olacaq?” Aprelin 28-də yayılan ABŞ Dövlət Departamentinin ölkələr üzrə terrorçuluq haqda hesabatında bildirilir ki, Azərbaycan terrorçuluğa qarşı mübarizədə ən fəal ölkələrdən biridir.



Hesabata görə, Azərbaycan ərazisinin insan, pul və silah qaçaqmalçılığı üçün münasib olmasına baxmayaraq, hökumət bu cür cinayətlərə qarşı aktiv mübarizə aparır.



Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqəlar Mərkəzinin rəhbəri Arif Babayev də hesabatla tanış olduqlarını deyir.



Onun sözlərinə görə, nəinki Azərbaycan, hətta dünyanın ən böyük ölkələri belə terrorçuluqla təkbaşına mübarizə apara bilməz.



“Ancaq yeganə heyfslənəcək məqam odur ki, Ermənistanın Azərbaycanda həyata keçirdiyi terror aktlarını dünya ictimaiyyəti görməməzliyə vurur və hesabatlarda qeyd olunmur”.



ABŞ Dövlət Departamentinin hesabatında Ermənistanın da Azərbaycan kimi terrorçuluğa qarşı mübarizə apardığı qeyd olunur.



Hesabatda Milli Bankın da terrorçuların maliyyə dəstəyinin məhdudlaşdırılması istiqamətində apardığı işlər alqışlanır.



Milli Bankın mətbuat xidmətinin rəhbəri Kamran Nəzirli yerli banklara bu barədə ayrıca xəbərdarlıq edildiyini deyir.



Amma müstəqil ekspert İsaxan Aşurovun sözlərinə görə, Azərbaycanda çirkli pullar çoxmərtəbəli binaların tikintisi yolu ilə yuyulur.



Terrorçuluq haqda ölkələr üzrə hesabatda ötən ilin sonuncu nailiyyəti kimi 2001-ci ildə ABŞ-ın Bakıdakı səfirliyini partlatmaq cəhdində günahlandırılan terrorçu “Ceyşullah” təşkilatı üzvlərinin həbs olunduğu bildirilir.
XS
SM
MD
LG