Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:24

Azərbaycanda Kürün daşması təhlükəsi yoxdur


Səs: Real audio
“İranın yəhudi icmasının aqibəti necə olacaq?” “Gürcüstandakı daşqınların nəticələrini aradan qaldırmaq üçün Azərbaycan qonşu ölkəyə hər cür yardım göstərməyə hazırdır. Yetər ki, bu barədə müraciət olunsun”.



Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli belə deyir. Onun sözlərinə görə, hələ ki, hökumətə belə bir müraciət daxil olmayıb.



Son həftələr Gürcüstandakı leysan yağışlar ucbatından Kür və ona bitişik çayların səviyyəsi xeyli artıb və ətraf ərazilər suyun altında qalıb.



Gürcüstanın informasiya agentliklərinin məlumatına görə, leysan yağışlar və daşqınlar hələ bir müddət də davam edəcək.



Gürcüstanda Kürün daşmasına baxmayaraq, Azərbaycanda bu təhlükə yoxdur.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dəniz Hidrometeorologiya Mərkəzinin direktoru Əmir Əliyevin sözlərinə görə, Kürün deltası lildən təmizlənib. Ətraf ərazilərdə də bəndqurma işləri tamamlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG