Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:24

Ekspertlər hesab edirlər ki, əhalinin məişət proeblemləriylə bağlı prezidentdən kömək istəmələri məmurları düşündürməlidir


Səs: Real audio
“İranın yəhudi icmasının aqibəti necə olacaq?” Prezident İlham Əliyev Şamaxıya səfərində özünün dediyi kimi, bu dəfə əvvəlcədən hazırlaşmış adamlarla yox, əsl probelemli adamlarla söhbət etmək istəyib. Şamaxı bazarında belə bir söhbətə cəhd edib. Prezidentlə əvvəlki görüşlərdən fərqli olaraq Şamaxıda əhali bu dəfə öz dərdlərindən danışdı və prezidentin ətrafını qınadı.

Gileyli adamların çoxu İlham Əliyevdən iş yeri istəyir, prezident də problemlərin həll olunacağına söz verirdi.

Müstəqil ekspert Müzəffər Baxışov bildirir ki, işsizlik, sosial qayğılar çoxalıb, həm də yerlərdəki məmurlar vətəndaşların problemlərini həll etmədiklərindən əhali əvvəlki kimi çəkingən deyil.

Prezidentin Şamaxıdakı görüşlərində adamlar məmurların həll etməli olduğu problemlərin həllini dövlət başçısından gözləyirdilər. Müzəffər Baxışov hesab edir ki, bu, əhalinin onların problemlərinə göz yuman məmurlara inanmamasının göstəricisidir. Buna görə də ölkənin birinci şəxsinə üz tuturlar. Prezident də bunu bilir, ona görə həm adamların dərdlərini ona deməsinə şərait yaradırdı, həm də yerlərdəki məmurlara işləməli olduqlarını xatırladırdı.

Şamaxı səfərində həkimlərin görməli olduğu iş belə prezidentin diqqətinə çatdırılırdı.

Ya da neçə ill əmək haqqını ala bilməyənlər də buna prezidentin müdaxiləsini istəyirdilər.

Prezidentin Şamaxı səfərində adamlarla daha yaxın ünsiyyət qurmasını seçkiqabağı təbliğat kimi qiymətləndirənlər də var. Baxmayaraq ki, İlham Əliyevin özü bu fikirlə razı deyil, əhaliylə həmişə yaxından ünsiyyətdə olduğunu deyir.

Müzəffər Baxışov da deyir ki, parlament seçkiləri ərəfəsində bu cür səfərlər təbliğat rolunu oynaya bilər, ancaq əhalinin öz hüquqları haqqında daha çox düşündükləri üzərində dayanmaq lazımdır.
XS
SM
MD
LG