Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:25

Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü müzakirə edilir


Səs: Real audio
“İranın yəhudi icmasının aqibəti necə olacaq?” Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə aprelin 27-də Frankfurtda keçirilən görüş Praqa prosesinin davamıdır.



Onun sözlərinə görə, Frankfurtda əsasən Azərbaycan və Ermənistan prezidentlərinin yaxın gələcəkdə görüşünün təşkil olunması müzakirə edilib.



Müzakirələr Minsk Qrupu həmsədrləri, ATƏT-in xüsusi nümayəndəsi Anjey Kasprşik, Azərbaycan xarici işlər naziri və onun müavini arasında keçirilib.



Əvvəlcədən nəzərdə tutulsa da, Ermənistanın xarici işlər naziri danışıqlara qatılmayıb.



Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu yaxınlarda prezident Robert Koçaryanın Fransaya səfəri zamanı ATƏT-in fransalı həmsədri Bernar Fasye ilə görüşüb. Ona görə də tərəflər bugünkü danışıqlarda Ermənistan təmsilçisinin iştirak etməməsini ciddi bir problem kimi görmürlər.



“Azadlıq” radiosunun sualına cavabında xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, cənab Oskanyanın bu görüşə gəlməməsi onun danışıqları boykot etməsi kimi qiymətləndirilə bilməz.



Müzakirələrin sonunda xarici işlər naziri Elmar Məmmədyarov və Minsk Qrupunun amerikalı həmsədri Stiven Mənnin mətbuat üçün açıqlama verəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG