Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:36

“Rusiyanı həyacanla dolu yay gözləyir”


Səs: Real audio
“İranın yəhudi icmasının aqibəti necə olacaq?” --“Faynenşl Tayms”



Buş administrasiyası İsrailə yeraltı hədəfləri vurmaq iqtidarında olan 100 “bunkerkeçici” bomba verməyi təklif edib. Bu, nüvə proqramından imtina etməsi üçün İrana bir növ siqnaldır.



Aprelin 26-da Pentaqon İsrailə idarəolunan 500 funtluq bombaların mümkün satışı barədə Konqresə xəbərdarlıq edib. Bu qərara münasibət bildirmək üçün Konqresin 30 günü var.



Yanvarda ABŞ-ın vitse-prezidenti Dik Çeyni İranı nüvə ambisiyalarından daşındırmaq mümkün olmazsa, İsrailin hərbi əməliyyatlara başlaya biləcəyini demişdi.



--“Cerusalem Post”



İsrail və Amerikanın İrana hücumu baş tutarsa, “İranın 30 minlik yəhudi icmasının aqibəti necə olacaq?”



Yəhudilər İranda minillərlə yaşayıblar. Bu gün İranda qalan yəhudilərə isə İslam hökuməti etibar etmir, onlara potensial “sionist” ya da Amerika casusları kimi baxır.



20-ci əsrin sonlarında İranın yəhudi əhalisinin sayı 80 min nəfərə qədər idi; onlardan 50 mini 1979-cu il İslam İnqilabından sonra ölkəni tərk edib.



--“Qardian”



Rusiyanı həyacanla dolu yay gözləyir, çünki, rəqib gənclər təşkilatları və narazı seçicilər Putinin artan avtoritar üsul-idarəsinə münasibət bildirmək üçün küçələrə çıxırlar.



Ukraynada “narıncı inqilab”ın uğurundan ruhlanan “Putinsiz irəliləyənlər” və “Pora” təşkilatları Kremlpərəst “Naşi” təşkilatı və millətçi-bolşeviklərlə qarşı-qarşıya dururlar.



Rusiyada mümkün iğtişaşlar perspektivi prezident Putinin də diqqətindən yayınmayıb. O, “qanunsuz mübarizə metodlarına qarşı sərt tədbirlər görüləcək” deyib.



--“Uolt Strit Cournal”



Güman edilir ki, siqareti tərkitmə tütünə aludə olan insanları narahatlıqdan xilas etməlidir. Amma bu da ağ ciyər xərçəngindən tam qorumur.



Belə ki, siqareti tərkidən amerikalılar arasında ağ ciyər xərçənginə tutulma halları son vaxtlar artıb.



Ancaq kifayət qədər tez siqareti tərkidənlər narahat olmamalıdırlar.



Britaniya həkimlərinin apardığı 50 illik tədqiqat göstərib ki, 30 yaş ya da daha tez siqareti tərkidənlər heç siqaret çəkməyənlər qədər ömür sürürlər.
XS
SM
MD
LG