Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:06

Siyasi bloklaşma nəyin göstəricisidir?


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlunun təşəbbüsü ilə müstəqil fərdlərdən ibarət yeni bir koalisiyanın elan edilməsi gözlənilir. Fazil Qəzənfəroğlu deyir ki, mövcud Seçki Məcəlləsi müstəqil fərdlərə blok yaratmağa imkan vermədiyindən, koalisiya yaratmaq qərarına gəliblər. Məqsədləri isə siyasi proseslərdən kənarda qalan orta təbəqənin imkanlarından istifadə etməkdir. Fazil Qəzənfəroğlunun sözlərinə görə, klassik müxalifətin elektoratıyla indi Azərbaycanda nəsə etmək mümkün deyil.



Üstəlik, Qırğızıstan hadisələrindən sonra müəyyən imkanlı şəxslər ciddi şəkildə narahat olmağa başlayıblar. Onlar ehtiyat edirlər ki, qarşıdurma, inqilab baş versə bu vaxta qədər topladıqları sərvətə ciddi təhlükə yarana bilər. Cəimiyyətin təkamül yoluyla dəyişdirilməsi ideyasını ortalığa atmaqla isə həmin imkanlı təbəqələri də bu prosesə cəlb etmək istəyirlər.



Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, nə qədər çox blok olsa seçki prosesinə daha çox qüvvə cəlb etmək imkanı yaranır. Bu isə seçkilərə daha çox nəzarət imkanı əldə etməkdir. Ancaq Hafiz Həsənovun sözlərinə görə, bu blok və koalisiyaların əksəriyyəti elan edildikdən sonra elə bir fəaliyyət göstərmirlər. Bu isə onların elan edilən məqsədlərinə şübhələr yaradır. Hafiz Həsənov iddia edir ki, bir sıra blokların yaradılmasında hakimiyyət və hakimiyyət daxili qruplaşmalar maraqlıdırlar:

-Yəni sonradan həmin bloklara müxalifətçi adıyla parlamentə bir neçə yer verilə bilər və bu seçkilərin ədalətli qaydada keçirilməsi haqda iddia irəli sürməyə hakimiyyətə imkan yaradar…



Hafiz Həsənovun sözlərinə görə, saysız bloklaşma eyni zamanda beynəlxalq aləmdə də belə bir fikir formalaşdırır ki, Azərbaycanda hələ hakimiyyətə qarşı vahid bir güc mərkəzi formalaşmayıb. Bu da özü-özlüyündə hakimiyyətə sərf edən bir rəydir. Hafiz Həsənovun sözlərinə görə, hakimiyyət daxilində də bəzi qruplar bir sıra blokları himayə etməklə gələcək parlamentdə nüfuz uğrunda mübarizəyə qoşulurlar. Hakim Yeni Azərbaycan partiyası İcra Katibinin müavini Mübariz Qurbanlı isə deyir ki, hakimiyyətdaxili qruplaşmalar haqqında deyilənlər yalnız ehtimaldır. Əgər hakimiyyətdə dövlət başçısının apardığı siyasətlə razılaşmayan varsa, o çoxdan müxalifətə keçməli idi. Mübariz Qurbanlının sözlərinə görə, sadəcə müxalifət arasında bütün qüvvələri özü ətrafında birləşdirən lider olmadığından bu düşərgədə ən müxtəlif blok və koalisiyalar yaranır.

Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənovun sözlərinə görə, isə nə qədər ki, seçkilərin demokratik keçirilməsi üçün ciddi fəaliyyət göstərilmir, onda bu blok və koalisiyaların proseslərdə elə bir müsbət rolu olmayacaq. Əksinə indiki şərait xalqın iradəsinə söykənməyən parlamentin formalaşacağı və kortəbii narazılıq və qarşıdurmanın baş verəcəyi haqda ehtimalları gücləndirir.



«Xalq qəzeti»nin keçmiş redaktoru Mahal İsmayıloğlu isə deyir ki, hadisələrin necə inkişaf edəcəyi xalqın tutacağı mövqedən aslıdır.

Mahal İsmayıloğlunun sözlərinə görə, əgər xalq düzgün şəkildə idarə edilsə ən müxtəlif maraqlara baxmayaraq azad və ədalətli seçkilərə nail olmaq mümkündür. Bundan ötrü xalq inanmalıdır ki, onun rifahı hakimiyyətin formalaşdırılması prosesində iştirak etməkdən aslıdır.
XS
SM
MD
LG