Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:29
Rubrikalar

Şimal-Cənub dəhlizinin tikinti planı imzalanacaq


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi ilə bağlı plan təsdiq olunacaq. Rusiya, Azərbaycan və İran işçi qrupları aprelin 30-da Tehranda keçiriləcək toplantıda bu sənədi hazırlayacaqlar və mayın 2-də üç ölkənin dəmiryol rəhbərləri onu imzalayacaq. Sənəddə yalnız tikinti yox, Qəzvin-Rəşt-Astara dəmiryolunun gələcək istismarı qaydaları da müəyyənləşdiriləcək.



İlin əvvəlindən Azərbaycanda 1530 yeni müəssisə qeydiyyatdan keçib. Azərtac agentliyinin məlumatına görə, yeni yaradılan firmaların sayı ötənilkindən 20 faiz çoxdur. Yaranan müəssisələrin əksəriyyəti tikinti və ticarət sahəsində ixtisaslaşıb. Məlumatda qeyd olunur ki, sahibkarlar paytaxt Bakıdadır. Qeydiyyatdan keçən hüquqi şəxslərin 58 faizdən çoxu Bakıda qeydə alınıb. Azərbaycan üzrə ən az müəssisə Şəki-Zaqatala bölgəsində yaradılıb. Fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarların da artımı əsasən paytaxtın və Aran rayonlarının payına düşür.



Aprelin 27-də Milli Bankdan aldığımız məlumata görə, 1 rubl 173, 1 avro 6246, 1 dollar 4816 manatdır.
XS
SM
MD
LG