Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:51
Rubrikalar

Azərbaycan gimnastları dünya kubokunun mərhələ yarışlarına hazırlaşır


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının 2005-ci il üçün büdcə planı 28 milyard 500 milyon manat məbləğində nəzərdə tutulur. Bu haqda məlumat verən AFFA-nın prezidenti Ramiz Mirzəyev bildirib ki, UEFA-nın ayıracağı 5 milyard, FİFA-nın ayıracağı 1 milyard manat yardımlar da bu plana daxildir.



Azərbaycan gimnastları növbəti beynəlxalq turnirə hazırlaşır. Gimnastika Fedearsiyasının əməkdaşı Şahin Kazımzadənin verdiyi məlumata görə, turnir mayın 6-dan 8-nə qədər Fransada keçiriləcək.

Mayın 2-də isə gimnastlardan ibarət Azərbaycan yığma komandası təlim-məşq toplantılarına başlayacaq.



Pauerliftinq üzrə Azərbaycan çempionatı sona çatıb. Çempionatda 93 ağır atlet iştirak edib. Çemiponatda uğrula çıxış etmiş idmançılar- İbrahim İbrahimov, Rüfət Ağayev, Bəxtiyar Quliyev və Vüqar Namazov may ayında Slovakiyada keçiriləcək Avropa çempionatında çıxış edəcəklər.



Mayın 1-8-də Bakıda şahmat üzrə ilk dəfə olaraq Prezident Kuboku uğrunda turnir keçiriləcək. Azərbaycanın 32 ən güclü şahmatçısı olimpiya sistemi i lə yarışacaq.

Bu haqda Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov məlumat verdi.

Turnirdə Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, İlham Qədimov da çıxış edəcəklər.
XS
SM
MD
LG