Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:54

«Qiymətləri aşağı salmaq lazımdır»


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” «525-ci qəzet» «Qiymətləri aşağı salmaq lazımdır» məqaləsində yazır ki, inflyasiyanın qaşısını almaq üçün prezident sərəncamı hazırlanır.



«Gömrük ölkəyə inqilab idxalını qadağan etdi». «Azadlıq» qəzeti yazır ki, narıncı rəngdə olan istənilən predmetin Azərbaycana gətirilməsinə icazə verilməyəcək.



«Seçki Məcəlləsinə dəyişikliklər ediləcək» məqaləsində «Üç nöqtə» qəzeti yazır ki, rəsmi Bakının layihəsi Venesiya Komissiyasına göndərilib.



«Cahangir Əsgərov da Tağı Əhmədovun yolunu gedir». «Bakı Xəbər» yazır ki, aeroportda da müxalifət qəzetlərinin satışına icazə verilmir.



«Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinə diqqəti artırıb» məqaləsində «Azərbaycan» qəzeti yazır ki, təşkilat bu səbəbdən Ermənistan-Azərbaycan danışıqlarına da xüsusi diqqət yetirir.



«Yeni Müsavat» qəzetinə müsahibəsində sabiq baş nazir Pənah Hüseyn «16 oktyabr» hərəkatının təsisçiləri adından bildirib ki, onlar ayrılıqda müxtəlif bloklara qatıla, həmin blokların namizədlərini müdafiə edə bilərlər. Amma hərəkat adından heç bir seçki blokunun namizədi müdafiə edilməyəcək.



«Ayna» qəzeti «NATO ordudakı islahatları nəzarətə götürür» məqaləsində yazır ki, ekspertlərin fikrincə, bu, silahlı qüvvələrdə mövcud korrupsiya hallarının qarşısını ala bilər.



«Yeni Azərbaycan» qəzeti yazır ki, ölkədə sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün sərəncam layihəsi hazırlanır. Bu haqda prezident İlham Əliyev Şamaxıya səfərində bildirib və deyib ki, o, hər bir vətəndaşın təhlükəsiz yaşamasının qarantıdır.



«Xalq Cəbhəsi» qəzeti «Spiker parlamentin daxili nizamnaməsini pozur» məqaləsində yazır ki, deputatlar Murtuz Ələsgərovun xəbərdarlıqlarına məhəl qoymadılar.
XS
SM
MD
LG