Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:13

Türkiyə Universitetlərində təhsil almaq istəyənlər üçün keçirilmiş test imtahanının nəticələri iyun ayının ikinci yarısında bəlli olacaq


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası verib. İmtahanlar isə aprel ayının 24-də Bakı və Naxçıvan şəhərlərində keçirilib. Komissiyanın mətbuat xidmətinin əməkdaşı Ülkər Təhməzzadə bildirir ki, imtahanda iştirak etmiş 1782 abituriyentdən yalnız 30-nun Türkiyədə təhsil almaq şansı var.

- Türkiyə Respublikasının ən nüfuzlu 13 universitetində 22 ixtisas üzrə təhsil almaq üçün 30 yer ayrılıb.

İmtahanın nəticələri Türkiyədə müəyyənləşdiriləcək. Yüksək nəticə göstərənlər arasında testdən əlavə könüllü Türk dilində də imtahan vermiş abituriyentlər isə digərlərindən fərqli olaraq Türkiyədə abituriyentlər üçün hazırlıq kursunu keçmədən, birbaşa birinci kursa qəbul olunacaqlar.

Azərbaycan Respublikasının ali məktəblərinə tələbə qəbulu üzrə dövlət imtahanının isə iyulun sonu avqustun əvvəlində keçiriləcəyi nəzərdə tutulub.
XS
SM
MD
LG