Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:21

AŞPA Monitorinq Komitəsi Azərbaycandakı seçkiqabağı mühitdən narahatdır


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” AŞPA Monitorinq Komitəsi aprelin 25-də Azərbaycandakı seçkiqabağı situasiyayla bağlı narahatlıq ifadə edən bəyanat qəbul edib. Bu narhatlıq söz və sərbəst toplaşma hüquqlarının məhdudlaşdırılması, müxalifətin öz seçiciləri ilə görüşmək imkanından məhrum edilməsi, jurnalistlərin təqib altında işləmələriylə bağlıdır. Sənəddə deyilir ki, parlament seçkilərinə 6 ay qalsa da bu vəziyyət aradan qalxmayab. Monitorinq Komitəsi telekanallarda plüralizmin olmadığını da bildirir.

Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Fuad Mustafayev bildirir ki, sənəddə göstərilənlər reallığı əks etdirir.

Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev isə deyir ki, müxalifət partiyaları sərbəst fəaliyyət göstərir, öz fikrini bildirir, aksiyalara hazırlaşır. Ona görə də sənəddə göstərilənlər reallığı bir o qədər də əks etdirmir.

Təkliflərə gəldikdə isə Monitorinq Komitəsinin bəyannaməsində ictimai televiziyanın və hazırda özəlləşdirilməkdə olan birinci dövlət kanalının mümkün qədər müstəqil yayım kimi fəaliyyət göstərməsinin vacibliyi qeyd olunur. Monitorinq Komitəsi Seçki Məcəlləsinin və hər şeydən əvvəl seçki komissiyalarının Venesiya komissiyasının və ATƏT DTİHB-nin tövsiyələrinə uyğun olmasını tələb edir. Xaricdən maliyyələşən QHT-lərin seçkilərin monitorinqini aparmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını zəruri sayılır. Komitə qeyd edir ki, 2003-cü il prezident seçkilərindən sonra baş verən hadisələr və 2004-cü il bələdiyyə seçkilərində qeydə alınmış çatışmazlıqlardan sonra parlament seçkiləri demokratiya üçün vacib imtahandır.

AXCP funksioneri Fuad Mustafayev təklif edir ki, təkcə nöqsanlar göstərilməməlidir, qarşıdakı parlament seçkilərinin demokratikliyini təmin tmək üçün beynəlxalq təşkilatlar ardıcıl fəaliyyət göstərməlidir.

Nazim İsayev isə deyir ki, seçki komissiyalarının tərkibiylə bağlı Azərbaycan höküməti müzakirələr aparacaq.

Hüquq müdafiəçi Murad Saddədinov da bəyannamədə göstərilənlərin reallığı əks etdirdiyi qənaətindədir.

İnsan hüquqları üzrə ombudsman Elmira Süleymanova isə düşünür ki, həm müxalifət, həm də iqtildar nöqsanları birgə aradan qaldırmağa çalışmalıdır.

AŞPA Monitorinq Komitəsi hakimiyyəti və müxalifəti Azərbaycan xalqı qarşısında məsuliyyəti dərk etməyə çağırır və demokratik, azad və ədalətli seçkilər keçirilmədən hər hansı siyasi, iqtisadi və sosial planın reallaşdırılmasının qeyri-mümkün olduğunu bildirir.
XS
SM
MD
LG