Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:40

Şamaxı sakinləri prezidentə şikayətlərini çatdırdılar


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Aprelin 26-da Şamaxıya səfər edən prezident İlham Əliyevə yerli sakinlər öz problemlərini çatdırmaq istəyirdilər.



Məmur özbaşınalığı ilə yanaşı əsas narazılıq sosial problemlərlə bağlı oldu. Camaat iş yerlərinin olmamasından, yeni açılan müəssisələrə isə əvvəlcədən 250 işçi götürməyi söz vermələrinə baxmayaraq, sonradan cəmi 50-60 adamın işlə təmin edilməsindən şikayətləndilər. Şikayət məktublarının prezidentə çatmasına əngəl törədilməsindən danışanlar da oldu.



Şikayətlərlə şəxsən maraqlandığını deyən prezident indiyə qədər vəzifəsinin öhdəsindən gələ bilməyən 20-dən çox icra başçısını işdən kənarlaşdırdığını və bu prosesin davam etdirildiyini bildirdi.



Dövlət başçısı regionların sosial inkişafı ilə əlaqədar görülən işlərin uğurla getdiyini dedi. O bildirdi ki, sosial ödəmələrin, əməkhaqlarının yenidən artırılması üçün büdcəyə yenidən baxılacaq.



Prezident inflyasiyanın qarşısının alınması ilə bağlı sərəncam hazırlandığını da bildiridi və əlavə etdi ki, əsas diqqət qiymətlərin artmasının qarşısını almağa yönəlməlidir.



İlham Əliyev Şamaxıda yerli sahibkarlarla yanaşı Qəbələ, İsmayıllı, Ağsu və digər rayonlardan olan iş adamları ilə də görüşdü. O dedi ki, 2005-ci ildə sahibkarlara 200 milyard manat kredit verilməsi nəzərdə tutulur.



Prezidenti bu səfərdə müşayiət edən daxili işlər naziri Ramil Usubov isə dedi ki, digər hüquq-mühafizə orqanları ilə müqayisədə polisin əməkhaqqı 4-5 dəfə aşağıdır. Ona görə də son vaxtlar polisdən gedənlərin sayı xeyli artıb. 2004-cü ildə 250 nəfər öz xahişi ilə işdən çıxıb.



Nazirin sözlərinə görə, bu problemi aradan qaldırmaq üçün dövlət proqramı hazırlanıb.



Dövlət başçısı Şamaxı Olimpiya Kompleksi, “Star LTD” televizor zavodunun açılışında iştirak etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG