Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:11

Müxalifətçilər ABŞ səfirini Tovuza dəvət edirlər


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Müxalifət partiyalarının Tovuz rayon təşkilatlarının rəhbərləri Birləşmiş Ştatların Azərbaycandakı səfiri Rino Harnişi bölgəyə dəvət ediblər.



Səfirliyə göndərilən məktubda bildirilir ki, amerikalı səfirin bölgənin seçkiqabağı vəziyyəti ilə tanış olmasına böyük ehtiyac var.



Ədalət partiyası Tovuz təşkilatının sədri Gülağa Ağazadənin sözlərinə görə, parlament seçkiləri ərəfəsində rayonda vəziyyət ürək açan deyil.



Yeni Azərbaycan partiyasının yerli təşkilatının sədri, Tovuzun icra başçısının müavini Bəhruzər Rüstəmovsa deyir ki, Tovuzda demokratiya prinsiplərinə tam əməl olunur və heç kim seçki saxtakarlığına hazırlaşmır.



«Tovuzda keçirilən son prezident və bələdiyyə seçkiləri beynəlxalq müşahidəçilərin müsbət rəyini alıb» deyən cənab Rüstəmov yerli müxalifət nümayəndələriylə hər zaman dialoqa hazır olduqlarını bildirib.



Səfirin bölgəyə dəvət olunmasına gəlincə, Bəhruzər Rüstəmov burada fövqəladə bir şey görmür və məktub müəlliflərinin səfirə ünvanladıqları fikirləri subyektiv sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG