Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Ə. Kərimli: “Parlament seçkilərini Avropa Birliyi də mişahidə edə bilər”


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Brüsseldə Avropa Birliyi rəsmiləri ilə görüşən AXCP sədri Əli Kərimli “Azadlıq” radiosuna verdiyi müsahibədə bildirib ki, o, qarşıdakı parlament seçkilərinə bu təşkilatın da müşahidə missiyası göndərməsinə çalışır.



“Avropa Birliyindən olan həmkarlarımdan istədiyim məsələlərdən biri də təkcə ATƏT-in keçirdiyi müşahidəyə ümid olmadan Avropa Birliyinin özünün də müşahidə missiyasını Azərbaycana göndərməsi ilə bağlıdır. Görüşdüyüm adamlar mənə bu istiqamətdə vədlər verdilər ki, Avropa Birliyinin özünün müşahidə missiyası olacaq. Çünki, Azərbaycandakı seçkilər Avropa Birliyi üçün də çox önəmlidir”.



Əli Kərimli bildirir ki, o, Avropa Parlamenti, Avropa Komissiyasında müxtəlif ölkələrin təmsilçiləri, qeyri-hökumət təşkilatları ilə görüşüb, elmi araşdırma mərkəzlərində çıxışlar edib.



Onun sözlərinə görə, Azərbaycanda payızda keçiriləcək parlament seçkiləri ilə bağlı Avropa Birliyində narahatlıq var.



“Bu narahatlıq Azərbaycan hökumətinin seçkiləri mütəmadi olaraq saxtalaşdırması ilə bağlıdır. Yəni, Avropa Birliyində insanlar Azərbaycanda hələ də demokratik seçki şərtlərinin olmamasının, hələ də iqtidar və müxalifət üçün bərabər imkanların təmin edilməməsinin fərqindədirlər. Mən istisna etmirəm ki, seçkilər yaxınlaşdıqca Avropa Birliyinin də Azərbaycanla bağlı ayrıca bir sənədi ola bilər".

Günün bütün mövzuları

XS
SM
MD
LG