Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:36

Çernobıl əlilləri sosial vəziyyətlərinin yaxşılaşdırılmasını istəyirlər


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” Çernobıl faciəsinin 19-cu ildönümündə Azərbaycanda yaşayan 5 minə qədər Çernobıl əlilinin sosial problemləri həll edilməyib.



Yaxın günlərdə Çernobıl əlilləri təqaüdləri və müavinətlərinin artırılması üçün dövlət qurumlarına müraciət edəcəklər.



Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov belə deyir. Onun sözlərinə görə, digər təbəqələrə baxanda Çernobıl əlillərinin aldığı təqaüdlər daha yüksək - təxminən 60 dollar olsa da, onların sosial vəziyyəti ağır olaraq qalır.



Cənab Həsənov bildirdi ki, hər il olduğu kimi, bu il də Çernobıl faciəsinin anım günündə Çernobıl əlilləri ilə müxtəlif dövlət qurumlarında görüşlər keçirilib, onların problemləri dinlənilib və həll edilməsinə söz verilib.



Amma Çernobıl əlillərinin başlıca problemləri olan müalicə, sosial təminat və mənzil məsələlərinin həlli çox ləng gedir.



1986-cı il Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasında təxminən 7 min azərbaycanlı iştirak edib. Onlardan 2 mini dünyasını dəyişib, qalanları isə birinci və ikinci qrup əlildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG