Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:38

“Uralda Putinin tərəfdarının istefası tələb olunur”


Səs: Real audio
“Almaniya cani və fahişələrə viza verib” --“Stratfor” Araşdırmalar Mərkəzi



Keçən həftə Moskva və Vilnyusa səfəri zamanı ABŞ dövlət katibi Kondoliza Rays Belarusu “Avropanın sonuncu diktatorluğu” adlandırıb. Bunun ardınca isə o, Belarus müxalifəti üzvləri ilə görüşüb.



Bu kampaniya keçmiş Sovet İttifaqının daha çox içərilərinə irəliləmək üçün Birləşmiş Ştatların geosiyasi hücumunun bir tərkib hissəsidir. Prezident Vladimir Putinin də belaruslu həmkarı Aleksandr Lukaşenkodan xoşu gəlməsə də, onu müdafiə edir. Çünki, Rusiyasız Lukaşenko yıxıla və Belarus Rusiyaya qarşı çevrilə bilər.



Vaşinqtonun Belarus və Rusiyanı parçalamaq cəhdlərinə cavab olaraq Putin və Lukaşenko aprelin 22-də 10-dan çox dövlətlərarası saziş imzalayıblar.



Oktyabrın 20-də ABŞ Konqresi Amerika hökumətinə Belarus müxalifətini dəstəkləmək və maliyyələşdirmək imkanı verən “Belarusda demokratiya haqqında akt” adlı qanun qəbul edib.



ABŞ hökuməti həmçinin Belarus müxalifətinə praktiki, real kömək göstərir. Martın 13-də Belarus müxalifətinin aparıcı üzvləri Vaşinqtona altıgünlük səfər edib senator Con Makkeynlə görüşüblər.



Bu arada ABŞ Senatı Belarusun demokratikləşməsinə 5 milyon dollar ayrılmasına razılıq verib.



--“Nyu York Tayms”



Ukrayna və Qırğızıstandakı proseslərdən ruhlanan minlərlə insan bu ilin fevralından Başqırdıstanda keçirilən mitinqlərdə iştirak edir. Onlar prezident Murtaza Raximovun istefası tələb edirlər.



Putinin tərəfdarı olan Raximov bu müsəlman türk respublikasına Sovet İttifaqının dağılmasından bəri rəhbərlik edir.



Nümayişçilərin irəli sürdükləri tələblər Ukrayna və Qırğızıstanın devrilən liderlərinə qarşı səslənənləri xatırladır. Bunlar seçkilərin saxtalaşdırılması, sahibkarlıq üzərində dövlət nəzarətinin güclənməsi və korrupsiya ittihamalarıdır.



Putinin nüfuzu yüksək olaraq qalsa da, Başqırdıstanda baş verənlər ölkədə artan narazılıq və dözümsüzlükdən xəbər verir.



Putin regional qubernator seçkilərini ləğv etdikdən sonra üç digər cənub regionu – Qaraçay-Çərkəz, İnquşetiya və Şimali Osetiyada da sakinlər öz liderlərinin dəyişdirilməsini tələb edirlər. Amma buna müvəffəq olmurlar. Başqırdıstanda etiraz aksiyaları isə ən uzun və irisidir.



Moskva Karneqi Mərkəzindən Nikolay Petrovun sözlərinə görə, Putin çətin ki, Başqırdıstan müxalifətinin tələbi ilə razılaşsın. Çünki, bu, Rusiyada presedent yarada və digər qeyri-populyar regional liderlərə qarşı da etirazlar dalğası doğura bilər.



--“İnterneşnl Herald Tribyun”



Almaniyanın xarici işlər naziri Yoşka Fişer bazar ertəsi keçirilən açıq dinləmələr zamanı səhvlərini etiraf edərək 2000-2002-ci illərdə Ukraynadan olan minlərlə cani və fahişəyə ölkəyə giriş vizası verilməsi faktını təsdiqləyib.



Ancaq Fişer bunun Almaniyanın təhlükəsizliyi və rifahına ciddi zərər vurduğu haqda müxalifətin ittihamlarını rədd edib. Onun sözlərinə görə, 2002-ci ildə problem aşkarlanan kimi dərhal aradan qaldırılıb.



“İctimai asayişin təhlükəyə düşdüyü və ölkənin canilərlə dolduğu haqda fikirlər sadəcə müxalifət təbliğatıdır”-deyə Yoşka Fişer bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG