Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:30

İnflyasiya vaxtı pulu hara xərcləməli?


Səs: Real audio
“...artıq torpağa atılan toxumların yetişməsinə kömək edir” İnflyasiyanın rəsmi göstəriciləri 13 faiz olduğu şəraitdə əhalini düşündürən məsələ də elə budur. Amma sonuncu dəfə prezidentin yanındakı qiymət artımı ilə bağlı toplantıdan sonra Maliyyə Nazirliyi aprelin 26-da 100 milyard manatlıq dövlət qısamüddətli istiqrazlarının hərracını keçirmək qərarını verib. Amma bu istiqrazların gəlirliyi nə qədər olacağı və açıqlanmır. Sonuncu dəfə bu qədər qısamüddətli istiqraz nə az nə çox 8 il bundan əvvəl buraxılıb. Ümumiyyətlə isə artıq 3 ildir ki, Maliyyə Nazirliyi bu istiqrazları unutmuşdu. İqtisadçı ekspert Orxan Kərimovun fikrincə, elə bu da qiymət artımının qarşısını almağa imkan verməyib. Onun sözlərinə görə, orta imkanlı insan vəsaitini hara xərcləyəcəyini müəyyənləşdirə bilmir. Və yaxın zamanlarda müəyyən addımlar atılmasa orta təbəqə də öz pulunu ölkədən çıxaracaq.

İqtisadçı ekspert Orxan Kərimov, ev və torpaq sahələrinin də belə vəziyyətdə alınmasının təhlükəli olduğunu deyir. Çünki hökümətin gözlənilməz addımları nəticəsində daşınmaz əmlak sürətlə ucuzlaşa bilər.



Başqa bir tərəfdən isə əhalinin bir hissəsinin əmanət kimi saxladığı dollarlar da günü-gündən dəyərdən düşür. İqtisadçılar bunu manatın dövriyyədə az olması ilə bağlayırlar. Milli Bankdan verilən məlumata görə, təkcə bu ilin əvvəlindən dövriyyədə manatın həcmi 7.1 faiz azalıb. Bu da Azərbaycanda dövriyyədən 3 trilyon 175 milyard manatın çıxması deməkdir. Digər tərəfdən hüquqi şəxslər yəni şirkət və firmalar banklardakı vəsaitlərini azaldırlar. Milli Bankın məlumatına görə, ilin əvvəlindən hüquqi şəxslərin depozitləri 133 milyard manat azalıb. Yeni Azərbaycan qəzetinin iqtisadiyyat şöbəsinin müdiri Elbrus Cəfərov da kiçik və orta sahibkarlar üçün çətin dövrlərin başlandığını deyir. Onun fikrincə sahibkarlarlığın ayaq üstə durmağa cəmi bir yolu var – müəssisələri böyütmək.



Yeni Azərbaycan qəzetinin əməkdaşı iqtisadçısı Elbrus Cəfərov hətta bir neçə min dolları olan vətəndaşların heç nə edə bilməyəcəyini deyir. Onun sözlərinə görə, əgər hökümət heç bir iş görməsə, orta təbəqənin kiçik yığımları da dəyərsizləşəcək və orta təbəqənin özünün cəmiyyətdəki yeri kəskin azalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG