Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:39
Rubrikalar

İran qaz kəmərinin təmirinə 2,5 milyon dollar ayırır


Səs: Real audio
“...artıq torpağa atılan toxumların yetişməsinə kömək edir” “Siemens” şirkəti Sumqayıtda enerji qurğusunu tikmək haqqında müqaviləni hələ də imzalaya bilmir. Azərtac agentliyinin məlumatına görə, layihə üzrə “Siemens” şirkəti ilə “Azərenerji” arasında fikir ayrılığı var. Amma bunun nədən ibarət olduğu açıqlanmır. Artıq müqavilənin əsas mətni artıq hazırdır və bağlanacaq sazişə əsasən qurğu 25-26 aya istifadəyə veriləcək. Müqavilənin ilkin variantı Azərenerjiyə artıq təqdim olunub və şərtlərə görə, Sumqayıtda elektrik enerji qurğusunu tikmək üçün 300 milyon avro sərf olunacaq.



İran Azərbaycan-Gürcüstan qaz kəmərinin yenidən qurulmasına 2,5 milyon dollar ayırıb. Bu qaz kəməri ilə İran qazı Gürcüstana çatdırılacaq, çünki hətta Bakı-Tbilisi-Ərzurum kəməri işə düşəndən sonra Gürcüstanın mavi yanacağa tələbatı tam ödənilməyəcək. İranın vitse-prezidenti Məhəmməd Rza Arefin İrna agentliyinə dediyinə görə, rəsmi Tehran digər bölgə ölkələrindən fərqli olaraq rəsmi Tbilisi üçün mavi yanacağı daha ucuz qiymətə satmağı qərara alıb. Amma qiymətin nə qədər olacağı və nəql üçün istifadə olunacaq kəmər üçün Azərbaycana nə qədər vəsaitin veriləcəyi açıqlanmır.



Aprelin 26-da Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4814, rubl 173, avro isə 6262 manatdır.
XS
SM
MD
LG