Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:38

Azərbaycan fəlakətə sürüklənir»


Səs: Real audio
“...artıq torpağa atılan toxumların yetişməsinə kömək edir” «Yeni Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin təmsilçisi Stiven Mənnlə görüşdə «GUÖAM-ın möhkəmləndirilməsi regional sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək» deyib.



«Azərbaycan fəlakətə sürüklənir». «Azadlıq» qəzeti Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Andreas Qrossa istinadən yazır ki, «neft gəlirlərini əhalinin beş-on faizi mənimsəyir».



«Dağlıq Qarabağ probleminin nizamlanmasına dair 6 element müəyyən edilib». «Üç nöqtə» qəzeti yazır ki, Praqa danışıqlarının üçüncü mərhələyə keçməsi ilə bağlı Stiven Mənnin fikirlərini Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov qəbul etmir.



«Azərbaycan» qəzeti yazır ki, mətbuata dövlət qayğısına görə Azərbaycan MDB məkanında öncül yer tutur. Bildirilir ki, «KİV-in inkişafı sahəsində görülən işlər və bu işlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bəzi qüvvələrin ölkənin demokratik dövlət imicinə kölgə sala bilmədiyini sübut edir».



«Niyə dollar ucuzlaşır» məqaləsində «Exo» yazır ki, Azərbaycan Milli Bankı bunun bir səbəbini ölkədə sürətli inflyasiya ilə izah edir.



"Bəylər Əyyubov Arif Hacılının evini tutub". Bu haqda daha ətraflı «Yeni Müsavat» yazır.



«NATO-dan GUÖAM ordusu planı» məqaləsində «Ayna» qəzeti yazır ki, regional hərbi birləşmələrin baş qərargahı Kiyevdə, əlaqələndirici bölməsi isə Tbilisidə yerləşdirilə bilər.



«Xalq Cəbhəsi» qəzeti «Əlikram Hümbətov Müsavatla iş birliyində» məqaləsində yazır ki, başqan İsa Qəmbərlə separatçı lider arasında koordinator funksiyasını Eldəniz Yusubov yerinə yetirir.
XS
SM
MD
LG