Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

Debatçılarımız studiyada yerlərini tutublar, Azərbaycanda gənclərin gələcəyini mövzu seçiblər


Səs: Real audio
“...artıq torpağa atılan toxumların yetişməsinə kömək edir” Vətəndaş Cəmiyyətində Debat təşkilatının üzvləri Elyar Həsənov və Esmira Osmanovanın debatını çox gözlətməyək.

Elyar Həsənov: Bir Azərbaycan gənci olaraq gələcəyimi Azərbaycanda görmürəm. Bunun da səbəbləri var. Biz deyirik ki, gənclər bizim gələcəyimizdir. Lakin görək bu gənclərə şərait yaradırıqmı? Gənclərin qarşısında bu gün çox maneələr qoyulur. Gənclərin özünü təsdiq etməsinə imkan verilmir. Azərbaycan gəncinə Azərbaycan cəmiyyətində icazədən çox qadağalar qoyulur.

Esmira Osmanova: Mən problemə belə yanaşmazdım. Əslində hər şey ilk növbədə bizim özümüzdən asılıdır. Azərbaycanda birmənalı şəkildə şəraitin pis olduğunu deyə bilmərik. Çünki bizdə inkişaf gedir və bu inkişaf da Azərbaycan gəncləri üçün yeni imkanlar yaradır.

Elyar Həsənov: Bu problemlər Azərbaycan gəncini ali təhsil aldıqdan sonra da izləyir. Bu gün ali məktəbi bitirmiş gənc özünə iş tapa bilmir, çətinliklə iş tapdıqda belə oraya düzəlmək üçün ondan “şirinlik” istəyirlər. Bundan başqa maaşların səviyyəsi də aşağıdır.

Esmira Osmanova: Bu problem elə bir vəziyyət yaradır ki, Azərbaycan gəncləri arasında xarici ölkələrə miqrasiya artır. Mən üzümü həmin gənclərə tutub demək istərdim ki, onlar vətəni tərk edəndə düşünsünlər ki, gedəcəkləri ölkədə onları necə qarşılayacaqlar. İstər-istəməz imiqrantlara qarşı münasibət istənilən ölkədə birmənalı olmur, onlara ögey münasibət bəsləyirlər. Mən arzu edərdim ki, gənclərimiz bədbin ruhda olmasınlar, Azərbaycanın gələcəyini nikbin ruhda görsünlər.
XS
SM
MD
LG