Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:41
Rubrikalar

Azərbaycan boksçuları İstanbulda 8 medal qazanıb


Səs: Real audio
“...artıq torpağa atılan toxumların yetişməsinə kömək edir” Əhməd Comərdin xatirəsinə həsr edilən 18-ci beynəlxalq turnirdə Elşən İsmayılov, Emil Məhərrəmov, Anar Mirzəyev və Elçin Əlizadə bütün rəqiblərini yenərək qızıl medallara sahib olublar. Fuad Aslanov, Ramal Amanov, Samir Məmmədov və Rahib Bəylərov isə 2-3 cü yerləri tutub. 24 ölkədən 200-ə yaxın idmançının qatıldığı yarışda Məmməd Eyvazovun rəhbərlik elədiyi Azərbaycan yığmasının yalnız 5 idmançısı fəxri kürsüyə qalxa bilməyib.



Ukrayna Paytaxtı Kiyevdə isə Rasim Məmmədovun başçılıq elədiyi Azərbaycan boksçuları mübarizəyə başlayıb. Azərbaycanı bu yarışlarda əsasən “Rabitəçi” idman klubunun idmançıları – Ceyhun Abıyev, Elşad Quliyev, Namiq Hüseynov, Babək Rüstəmov, Fərhad Acalov, Seymur Qurbanov, Aslan Bayramov, Nurlan Məmmədov, Nicat Əkbərov, Azər və İlqar Məmmədovlar təmsil edir.

***



Sankt-Peterburqda Azərbaycanın gənc cüdoçuları 1 qızıl və 1 bürünc medal qazanıb. 10 idmançı ilə bu yarışlara qatılan gənclər yığmasından 60 kq çəki dərəcəsində yarışan Nicat Şıxəlizadə bütün rəqiblərini yenərək birinci olub. Eyni çəkidə mübarizə aparan Ceyhun Eyyublu isə bürünc medal qazanıb.



Ankarda keçirilən yeniyetmələrin yarışında isə 6 Azərbaycan idmançısı qızıl medal qazanıb. 30 idmançı ilə bu yarışa qatılan Azərbaycan çüdo yığması Türkiyə, Gürcüstan və Qazaxıstanı geridə qoyaraq komanda hesabında da birinci olublar. Azərbaycanın yeniyetmələrdən ibarət yığması cünə gününə qədər Ankarda təlim-məşq toplanışını davam etdirəcək.

***



Aprelin 25-i futbol üzrə 13-cü Azərbaycan çempionatında 29-cu turun oyunları keçirilib. Paytaxtın adını daşıyan komanlardan - “Bakılı” komandası “Bakı”nı qəbul eləyib. Bu oyunda “Bakı ” 7-2 hesabıyla rəqibini darmadağın eləyib. “İnter” öz meydanında “Gəncə”ni 2-0 məğlub eləyib, “Karat” isə “Xəzər-Lənkəran”a eyni hesabla uduzub.



“Neftçi” “Şahdağ Samur”u evində 1-0 yenib, “Turan” “Mərkəzi Ordu İdman Klubu” oyunu 1-2 hesabıyla bitib. “Gənclərbirliyi” doğma divarlar arasında “Karvan”a 0-2 hesabıyla yenilib.



Aprelin 26-sı, öz evində “Göyəzən” “Şəmkir”i, “Ədliyyə” isə “Qarabağ”ı qəbul eləyəcək.
XS
SM
MD
LG